Naftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - FOTOLAR

Naftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - FOTOLARTurizm xidməti keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan ŞİH-nin təşkilatçılığı ilə Dövlət Turizm Agentliyinin Gəncə Regional İdarəsinin əməkdaşları ilə birgə Hotel və Müalicə Mərkəzlərində rəy sorğusu keçirilib.
Üç dildə – azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi Beynəlxalq Turizm Mərkəzi olan Naftalanda xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır. Həmçinin sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir. 
Şəhərdə istirahət edən və müalicə alan 100-dən çox turist sorğuda iştirak etmişdir ki, onlardan 55% yerli, 45% isə xarici turistlər təşkil etmişdir. Xarici turistlər arasında hazırda Rusiyadan gələnlərin sayı 55%, 45% isə Qazaxıstan, Özbəkistan, Belarus və Ukraynanın payına düşür.
İştirak edən respondentlərin 60% - 51-70 yaş arası, 22% - 31-50 yaş, 15% - 71 yaş, 3% isə 30 yaşa qədər olanlardır.
Turistlərin 62% - Naftalana ilk dəfə, 22% - ildə bir dəfə, 16% isə ildə bir neçə dəfə gələnlərdir.
Respondentlər arasında istirahət zamanı müalicənin keyfiyyətini əsas tutanlar - 89%, qiymət - 28%, digər 9% isə mövsümi endirimləri qeyd edənlərdir.
Buraya gələn turistlərin 60% - dayaq-hərəkət, 40% - revmatik, 32% isə dəri, uroloji və digər xəstəliklərdən əziyyət çəkənlərdir.
Naftalan müalicəsi müddətli olduğu üçün burada 8-14 gün qalmağı planlaşdıran turistlər - 73%, 1-7 gün - 21%, digər 6% isə 15 gündən artıq qeyd ediblər.
Sorğunun nəticəsindən aydın olmuşdur ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaratmış, turizm obyektlərinin xidmət səviyyəsi və yerləşdirmə ilə bağlı fikrə razıyam deyənlər 86% təşkil etmişdir.
Bu gün Naftalanın abad, təmiz və səliqəli saxlanılması sualını 93% turist əla və yaxşı olaraq qiymətləndirmiş, digər 7% isə hotelə yeni gəldiyini, şəhərlə hələ tanış olmadıqlarını qeyd etmişlər.
Turizmin inkişafına mane olan nədir sualını: əyləncə və alış-veriş mərkəzinin olmaması - 49%, nəqliyyat vasitələrinin əlçatanlığı - 22%, Naftalanda turizm imkanları barədə kifayət qədər məlumatlı deyillər - 19% turist cavablamışdır. Həmçinin, suvenir məhsullarının azlığı, informasiyanın yetərsizliyi və bələdçilərin olmaması çatışmazlıq kimi qeyd edilmişdir.
Çox sevindirici haldır ki, Naftalana yenidən səfər etməyi planlaşdıranlar 94% təşkil edir, digər 6% müalicənin nəticəsindən asılı olaraq qərar verəcəklərini bildiriblər.
Sorğuda iştirak edənlər parklarda yüksəksürətli və ödənişsiz Wi-Fi-ın olmasından 90% əla və yaxşı bəndlərini qeyd ediblər. Həmçinin, turistlərin 92% şəhərin bütün ərazisində pandusların mövcudluğu ilə bağlı məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, ŞİH tərəfindən 2020-ci ildə şəhərin əsas küçə və prospektlərində panduslar, 2022-ci ildə isə parklarda ödənişsiz Wi-Fi quraşdırılmışdır.
Rəy sorğularının keçirilməsi mövsümə uyğun olaraq davam etdiriləcəkdir.
Naftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - FOTOLARNaftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - FOTOLARNaftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - FOTOLARNaftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - FOTOLARNaftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - FOTOLARNaftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - FOTOLARNaftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - FOTOLARNaftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - FOTOLARNaftalanda yaz mövsümündə turistlərlə sorğu keçirilib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 03 aprel 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta xəbər.az metbuat bugunun xeberleri