"Nağdsız ödənişlər sistemində nə dəyişib? - Deputat mühüm detalları açıqladı

Ölkəmizdə nağdsız ödəniş sisteminin tətbiqinin hansı üstünlükləri var? Hazırda bu sahədə vəziyyət nə yerdədir?
Ümumiyyətlə, nağdsız ödənis sistemi nə deməkdir? Bunun insanların gündəlik həyatında nə kimi rolu var?
Təbii ki, bu sistemin ən önəmli tərəflərindən biri odur ki, insanlar üzərilərində pul əskinasları daşımaqdan azad olur. Hesablaşmalar nağd deyil, onlayn aparılır.
Sirr deyil ki, hazırda inkişaf etmiş ölkələrdə bu xidmətdən geniş və səmərəli şəkildə istifadə olunur. Və ölkəmizdə də nağdsız hesablaşmalara ilbəil daha çox üstünlük verilir.
Mövzunu KONKRET.az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov mobil bankçılığın tətbiqinin müsbət tərəflərindən bəhs edib:
"Bu sistemin ən üstün cəhəti odur ki, mobil bankçılığın tətbiqi zamanı insanlar daha az vaxt itirir, bank xidmətlərindən daha təhlükəsiz şəkildə istifadə edirlər. Sevindirici haldır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də son illərdə bu istiqamətdə uğurlu nəticələr əldə edib".
Millət vəkilinin fikrincə, həmçinin, Mərkəzi Bank rəhbərliyi dəyişdikdən sonra bu yöndə bir sıra müsbət addımlar atılıb. "Birmənalı olaraq ölkəmizdə bank sektorunda ciddi islahatlara ehtiyac var. Mən millət vəkili olaraq Mərkəzi Bank rəhbərliyi ilə görüşlərimdə bankların fəaliyyəti ilə bağlı yeniliklər və qanuna dəyişikliklər barədə təkliflərlə çıxış etmişəm. Hazırda ölkəmizdə bank sektoruna dövlət səviyyəsində ciddi nəzarət var. Çünki bu məsələ öz həllini elə şəkildə tapmalıdır ki, ölkənin pul ehtiyatında da problemlər yaranmasın".
Vahid Əhmədov onu da əlavə edib ki, indiki halda bank sektorunu bütünlüklə onlayn sistemə keçirmək məqsədəuyğun deyil.
"Bunun üçün xüsusi mütəxəssislərə ehtiyacımız var. Bundan başqa, Azərbaycanda internetin sürəti ilə bağlı problemlərimiz mövcuddur. Axı ölkəmiz təkcə Bakı, Gəncə və Sumqayıtdan ibarət deyil. Bütövlükdə bütün regionlarda internetin yüksək səviyyədə olması şərtdir. Daha sonra elektron imza sisteminin də təkmilləşdirilməsi önəmlidir".
"Bununla belə hazırda nağdsız hesablaşmalarla bağlı ölkəmizdə aktivlik müşahidə olunur. Bir sözlə, Azərbaycanda müasir dövrün tələblərinə uyğun olaraq ən müasir bankçılığın təmin edilməsi əsas hədəflərdəndir. Ümidvaram ki, zamanla bir çox ölkələrdə olduğu kimi, bizdə də mobil bankçılıq inkişaf edəcəkdir", – deyə deputat vurğulayıb.
Qeyd edək ki, iqtisadi araşdırmalara görə, qonşu ölkələrlə müqayisədə elektron pul, mobil pul kisəsi, ani ödəniş kimi ödəniş məhsullarının tətbiqi sahəsində ölkəmizdə həllini gözləyən məsələlər mövcuddur. Təəssüflər olsun ki, hələ də respublikamızın mobil operatorları maliyyə-bank və rəqəmsal ödənişlər sektorunun iştirakçısına tam çevirə bilməyib.
Bünyamin Bünyadzadə,
KONKRET.az

Sosial       Tarix: 09 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat sonxəbər son xeberler bu gun bugünki xəbərlər