"Nar" Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini bir araya toplayıb - FOTOLAR

"Nar" 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib və onlar üçün dayanıqlılıq və iqlim dəyişikliyinə yönəlmiş maarifləndirici təlim proqramının keçirilməsini dəstəklədiyini bildirir. Bu təşəbbüs dayanıqlılıq və iqlim dəyişikliyi gündəmini effektiv şəkildə idarə edə biləcək peşəkar media nümayəndələrinin inkişafına "Nar"ın dəstəyini nümayiş etdirir. 
Dayanıqlılıq və iqlim dəyişikliyi sahəsində ekspert xidmətləri təqdim edən "Sustainera Solutions" şirkətinin müxətəssislərinin keçdiyi təlim çərçivəsində dayanıqlılıq və iqlim dəyişikliyinin təşviqində medianın həlledici rolu, eko piarın vacibliyi və dayanıqlılıq kommunikasiyasında tendensiyaların rolu barədə önəmli aspektlər vurğulanıb. 
"Nar"ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru Hökümə Kərimova media əməkdaşlarını təbrik edib və təlim haqqında fikirlərini bölüşüb: "Nar" olaraq məqsədimiz jurnalistləri həyati vacib ekoloji məsələlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq və cəlb etmək təşəbbüslərində dəstəkləmək və bununla da daha yaşıl və daha dayanıqlı dünyaya töhfə verməkdir. Bu il ölkəmizin COP29 tədbirinə ev sahibliyi edəcəyi üçün biz hesab edirik ki, jurnalistlərin dayanıqlılıq və iqlim dəyişikliyi məsələləri ilə bağlı məlumat vermək üçün zəruri biliklərlə gücləndirilməsi çox önəmlidir". 
Mətbuat gününü qeyd edən jurnalistlər üçün dayanıqlılıq və iqlim dəyişikliyi üzrə təlimdən əlavə Fibonacci intellektual oyunu da təşkil edilib. 30 media orqanını təmsil edən jurnalistlər 6 komandada biliklərini yarışdırıblar. 1, 2 və 3-cü yeri tutan qalib komandalara müxtəlif dəyərli hədiyyələr təqdim edilib. Tədbir haqqında qısa videonu buradan izləyə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 23 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam.az xeberler qurban bayrami 2026 xəbər az apa.az xeberler