"Nar" ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir

"Nar" cəmiyyətin sosial və iqtisadi həyatına müsbət dəyişikliklər gətirən faydalı layihələrə dəstəyini fəal şəkildə davam etdirir. Azərbaycanı BMT-nin Qlobal Sazişində təmsil edən ilk telekommunikasiya brendi kimi "Nar" BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını təşviq etmək və təhsilə dəstək istiqamətindəki Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinə xüsusi önəmlə yanaşır.
Mobil operator üçün sosial layihələrin əhəmiyyətini vurğulayan "Nar"ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib: "Korporativ sosial məsuliyyət biznes olaraq strategiyamızın əsas sütunlarından biridir. Təkcə 2023-cü ildə biz 30 sosial təşəbbüsü dəstəkləmişik, son 3 ildə isə sosial layihələrə 10 milyon manatdan çox sərmayə yatırmışıq. Bu, bizim cəmiyyətdə müsbət dəyişiklik etmək öhdəliyimizə sadiqliyimizi göstərir. "Nar" olaraq gələcəkdə də müxtəlif sosial layihələr həyata keçirməyə davam edəcəyik".
"Nar"ın dəstəyi ilə ərsəyə gətirilən ilk Azərbaycan jest dili elektron lüğəti – "jestdili.az" 30 mindən çox eşitmə və nitq məhdudiyyətli azərbaycanlıya Azərbaycan jest dilini tamamilə pulsuz öyrənmək imkanı verib. "Jestdili.az" əvəzsiz və faydalı resurs olmasına görə beynəlxalq dərəcədə də yüksək qiymətləndirilib və "Korporativ Məsuliyyət" kateqoriyasında ən uğurlu layihə kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının "Qızıl Dünya Mükafatı"na layiq görülüb.
"Nar"ın KSM strategiyasının digər istiqaməti Azərbaycan gəncləri arasında idman və sağlam həyat tərzinin təbliğidir. "Nar" 2023-cü ildən Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır və milli komandalarımızın həm yerli, həm də beynəlxalq arenalarda qazandığı uğurlarla qürur duyur. Bundan əlavə, "Nar" "Zirə" futbol klubunun rəsmi tərəfdaşı kimi futbol, şahmat, boks və digər idman növləri üzrə təşəbbüsləri dəstəkləyir.
"Nar" sosial təşəbbüslərin həyata keçirilməsinə davamlı olaraq öz töhfəsini verir. "Nar"ın faydalı sosial layihələri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. / azxeber.com

İqtisadiyyat       Tarix: 23 may 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe son xeberler 2026 son.xabar bugunun xeberleri