Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü
"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb.
Bu barədə TMZ nəşri məlumat yayıb.
Nəşr yazır ki, Allenvud həbsxanasında təxminən min nəfər məhkum saxlanılır ki, bu da reperin əvvəlki (4 min nəfərlik) həbsxanası ilə müqayisədə xeyli azdır. Köçürülmə Kombsun keçən şənbə günü təcili xəstəxanaya yerləşdirilməsindən sonra baş verib.
Federal Həbsxanalar Bürosu "P. Diddy"nin xəstəxanaya aparılması və həbsxanadan köçürülməsinin rəsmi səbəbini açıqlamasa da, TMZ mənbələrə istinadən qeyd edib ki, reper həbsxanada "Dudus" kimi tanınan yamaykalı narkobaron Kristofer Kouk ilə dava zamanı başından xəsarət alıb.
Bununla yanaşı, Nyu-Cersidəki həbsxanada olduğu müddətdə Kombs dəfələrlə daxili intizam qaydalarını pozub. Bu səbəbdən o, yaxşı davranışa görə vaxtından əvvəl azadlığa çıxmaq üçün istifadə edə biləcəyi 41 günü itirib.
Xatırladaq ki, keçən ilin oktyabr ayının əvvəlində məhkəmə reperi 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. Münsiflər heyəti onu fahişəliyə cəlb etmək məqsədilə insan alveri üzrə iki epizodda təqsirli bilsə də, reketlik və cinsi istismar məqsədilə zorla köçürmə ittihamları üzrə bəraət verib.
///qafqazinfo/// / azxeber.com

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib