Narkotik çəkib "Niva" sürdü
Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan KONKRET.az-a verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ – 2121" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün "Saxla" işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayonun Şorsulu kənd sakini Emin Aslanovun nəqliyyat vasitəsini sürücü hüququ olmadan idarə etdiyi məlum olub. Bundan əlavə, onun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından sonuncunun müvafiq tibbi müayinədən keçirilməsi də təmin edilib. Müayinənin nəticəsinə əsasən isə E.Aslanovun marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi