Narkotik satanlara qarşı əməliyyatlar keçirildi - VİDEO
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən son 1 həftə ərzində rayonun "Əhmədli", "NZS", "Həzi Aslanov", "Köhnə Günəşli" qəsəbələri və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bəziləri əvvəllər də eyni cinayətlərlə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məhkum olunublar. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istinaq tədbirləri davam etdirilir. Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır