NATO-nun Baş katibindən Rusiyaya SƏRT MESAJ: Güc tətbiq edilsə
"Biz Gürcüstan və Ukrayna ilə Qara dəniz regionunda təhlükəsizlik vəziyyətini müzakirə edəcəyik".
Publika.az "CNN"ə istinadla xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
NATO baş katibinin sözlərinə görə, Brüsseldə keçiriləcək iki günlük Xarici İşlər nazirləri toplantısında digər məsələlərlə yanaşı, Gürcüstan və Ukraynadakı vəziyyət də müzakirə olunacaq:
"Gələn həftə Riqada Gürcüstan və Ukraynanın Xarici İşlər nazirləri ilə görüşü səbirsizliklə gözləyirəm. Hər iki ölkə NATO-nun çox dəyərli tərəfdaşıdır. Biz onlarla sıx əməkdaşlıq edir, əməkdaşlığımızı genişləndirir və həm Gürcüstanın, həm də Ukraynanın NATO-ya töhfəsini alqışlayırıq. Biz həmçinin, Qara dəniz regionunda təhlükəsizlik vəziyyətini də müzakirə edəcəyik. Həm Gürcüstan, həm də Ukrayna Qara dəniz dövlətləridir. Biz gərginliyin artdığının, Rusiyanın Ukraynaya qarşı aqressiv hərəkətlərinin şahidi olduq".
Baş katibin fikrincə, ona görə də bu iki əsas tərəfdaşla Qara dənizdəki vəziyyəti müzakirə etmək çox vaxtında və son dərəcə vacibdir: "Bu, daha əvvəl Ukraynanı işğal etmiş bir ölkənin ona qarşı yenidən hərbi addımlarıdır. Biz döyüşmək üçün öyrədilmiş qoşunlarla ağır silahları, tankları və "dronları" bir yerdə görürük. Qoşunların sayının bu qədər artırılması heç bir şəkildə izah edilə bilməz. Rusiya Ukraynaya qarşı güc tətbiq etsə, bunun əvəzini ödəməli olacaq".
Tural Turan

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi