Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı
Naxçıvanda sosial şəbəkədə əxlaq normalarına zidd qeyri-etik paylaşım edənlər saxlanılıb.
KONKRET.az saxlanılanlardan ikisi Naxçıvan şəhər, digər ikisi isə Şahbuz rayon sakinləridir.
İkisi 23, 25 və 17 yaşlarında olan həmin oğlanlar "Tiktok"da özlərinə məxsus hesablarda ictimai mənəviyyatı təhqir edən videolar paylaşıblar. Ayrı-ayrı vaxtlardakı paylaşımlarda biri soyunmuş halda, biri dostunu əsgər yola salarkən, biri sərxoş, digəri də dağda çobanlıq edərkən nalayiq ifadələr işlədiblər.
Onların hər biri ərazi üzrə polis orqanları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və millimənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Saxlanılan şəxslərin hər biri törətdiyi əməldən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə onlardan 25 yaşlı şəxs 12 gün müddətinə inzibati qaydada həbs, qalanları isə 500 manat miqdarında cərimə ediliblər. (Lent.az)
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA