Naxçıvanda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs həbs olunub
Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində saxlanılan 1992-ci il təvəllüdlü Azər İbrahimli barədə bu gün Sədərək rayon məhkəməsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə Sədərək rayon Sədərək kəndində baş verib. Polis və prokurorluq əməkdaşlarının apardığı araşdırmalardan sonra Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsi müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təhvil verilib.
Hazırda faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
Qeyd edək ki, 25 yaşlı Aytac İbrahimli iki uşaq anası olub və o, Ağcabədi rayon sakinidir. / azxeber.com

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi