Naxçıvanda təhsil, səhiyyə və sosial müdafiə sahələrinə ayrılan məbləğ AÇIQLANDI
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının gündəliyində əsas məsələlərdən biri də Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi olub.
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 2023-cü il üçün büdcəsində təhsil sahəsinə 173 133 731,0 manat, səhiyyə sahəsinə 14 465 850,0 manat, sosial müdafiə və sosial təminat üçün isə 60 918 987,0 manat ayrılması nəzərdə tutularaq təsdiq olunub.
Qeyd edək ki, qəbul edilmiş Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında Naxçıvan Muxtar Respublikasının Qanununa görə muxtar respublikanın cari il üçün büdcə gəlirləri 132 222 000,0 manat, xərcləri 614 652 500,0 manat təsdiq edilib. Gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya isə 482 430 500,0, o cümlədən mərkəzləşdirilmiş gəlirləri 80 497 000,0 manat, yerli gəlirləri 51 725 000,0 manat, mərkəzləşdirilmiş xərcləri 558 315 500,0 manat, yerli xərcləri isə 56 337 000,0 manat təşkil edib. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var