Naxçıvandan Bakıya uçan təyyarədə həyəcanlı anlar - FOTO
Ötən gün AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsində həyəcanlı anlar yaşanıb. Təyyarənin salonunda oksigen maskaları açılıb.
KONKRET.az xəbər verir ki, jurnalist Aygün Muradxanlı feysbuk hesabında həmin vaxt salonda olan sərnişinlərdən birinə istinadən hadisə ilə bağlı bəzi detalları bölüşüb.
Qeyd edib ki, salonda havalandırma işləməyib:
"Sərnişinlərdən biri deyir ki, havaya qalxandan az sonra salonu xəfif tüstülənmə və kabel yanığı qoxusu bürüyüb, oksigen maskaları açılıb. Həyəcanı təsəvvür edirsiz yəqin… Az sonra kapitan hər şeyin yolunda olduğunu bildirib, amma bu necə "hər şey yolunda" olubsa, salonda havalandırma işləməyib. Sərnişinlər deyirlər, istilik 40 dərəcəyə yüksəlib. Uşaqlar heç dözmürmüş… Öncə Gəncədə qəza enişi etmək istəyiblər, sonra marşrutu dəyişməmək qərara alınıb və bir təhər Bakıya çatdırılıb.
Naxçıvan və digər daxili reyslərdə keyfiyyətsiz xidmət AZAL-ın iş prinsipinə çevrilib. Ən köhnə uçaqlar daxili reyslərə verilir. Bu olay da göstərir ki, texniki baxış əlüstü həyata keçirilir. Bu dəfə məftil sadəcə tüstülədi, birdən tüstü alova keçsə? Allah qorusun…"
Qeyd edək ki, ötən gün "Azərbaycan Hava Yolları" hadisə ilə bağlı rəsmi açıqlama yaymışdı. Məlumatda qeyd olunurdu ki, aviaşirkətin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb.
Məlumata görə, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.

Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır