"Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq"

"Naxçıvandan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcəyini nəzərdə tutan Türkiyəni Azərbaycanla birləşdirəcək Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi artıq icra mərhələsindədir".
KONKRET.az xəbər verir ki, bunu "Report"a açıqlamasında layihə rəhbəri Osman Beserek bildirib.
Onun sözlərinə görə, gələcəkdə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə inteqrasiya olunması planlaşdırılan bu marşrut, Avropa və Asiya arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yük daşımalarında yeni perspektivlər yaradacaq: "Layihənin icrası beynəlxalq ticarət və logistika sahəsində mühüm dönüş nöqtəsi hesab olunur".
O. Beserek vurğulayıb ki, bu marşrut mövcud BTQ dəmir yolu xəttinə alternativ kimi nəzərdə tutulub və Orta Asiya ilə Avropa arasında sərnişin daşımalarının müddətini 18 gündən 12 günə endirəcək. Onun sözlərinə görə, layihə çərçivəsində Türkiyə ərazisində 5 stansiya inşa ediləcək: Digor, Tuzluca, İğdır, Aralıq və Dilucu: "Əlavə stansiyaların tikintisi ilə bağlı təkliflər hazırlanır. Hazırda əsas işlər İğdır şəhərində aparılır".
O bildirib ki, Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin uzunluğu 224 kilometrə yaxın olacaq: "Tikinti üçün bir neçə baza qurulacaq, onlardan biri artıq İğdır şəhərində inşa edilir. Burada işlər sürətlə davam edir və yekunlaşdıqdan sonra dəmir yolu xəttinin tikintisinə start veriləcək".
Layihə rəhbəri əlavə edib ki, layihə tam elektrikləşdirilmiş və siqnallaşdırılmış ikizolaqlı dəmir yolu xəttini əhatə edir və 5 il ərzində tamamlanması planlaşdırılır. Layihə çərçivəsində 3 viyadük inşa ediləcək (ümumi uzunluğu təxminən 2 800 metr), 5 tunel tikiləcək (ümumi uzunluğu 11,3 km), 10 körpü, 480 menfez, 145 alt keçid, 27 üst keçid, 19 açılıb-bağlanan keçid inşa olunacaq. Bununla yanaşı, bir çox ərazidə torpaq möhkəmləndirmə və qazma-doldurma işləri aparılacaq: "Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və yalnız Türkiyə ilə Azərbaycanı birləşdirməklə kifayətlənmir, eyni zamanda qlobal nəqliyyat və ticarət marşrutlarının əsas arteriyalarından birinə çevriləcək".
O. Beserek qeyd edib ki, Qars-İğdır-Dilucu layihəsinin davamı olaraq Naxçıvan bölgəsində Vəli Dağı və Ordubad arasında mövcud olan 177 km-lik dəmir yolu xətti yenidən qurulacaq: "Hazırda təkzolaqlı olan bu xəttin ikizolaqlıya çevrilməsi nəzərdə tutulub. Daha sonra Zəngəzur dəhlizində sıfırdan 45 km-lik yeni bir dəmir yolu xətti inşa ediləcək. Bundan əlavə, Ağbənd-Füzuli-Horadiz xəttində 110 km-lik marşrutun 85 km-i artıq tamamlanıb və tikinti işləri davam edir. Artıq Horadiz-Bakı xətti fəaliyyət göstərir, bu isə layihənin Azərbaycanın əsas nəqliyyat şəbəkəsinə birbaşa inteqrasiyasını təmin edəcək".
Onun sözlərinə görə, Qars-İğdır-Naxçıvan dəmir yolu xətti istifadəyə verildikdən sonra burada saatda 160 km sürətlə hərəkət edən qatarlar işləyəcək: "Beləliklə, bu qatarlar təkcə Azərbaycan və Türkiyə arasında ticarət yükünü deyil, həm də insanların ümidini və qlobal bazarların ehtiyaclarını daşıyacaq".

Sosial       Tarix: 26 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri xeberler son xeberler bugun 2026 azerbaycan en son xeberler