Nazarbayev prezidentlərlə birgə şəkil çəkdirmək istəmədi - VİDEO
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderləri ilə kollektiv foto çəkilişdə iştirak etməyib.
Publika.az xəbər verir ki, bu barədə "Komsomolskaya pravda" məlumat yayıb.
Kadrlarda görünür ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şövkət Mirziyoyev öz ölkələrinin bayraqlarına yaxınlaşır. Rusiya lideri Nazarbayevi də onlara qoşulmağa dəvət edir, lakin Qazaxıstan Təhlükəsizlik Şurasının sədri bundan imtina edib.
Qeyd edək ki, MDB sammitindən əvvəl Nazarbayevlə Putin arasında qısa danışıqlar aparılıb. Siyasətçilər regional və beynəlxalq məsələləri, eləcə də iki ölkə arasında ticarəti müzakirə ediblər. Bundan əlavə, Putin və Nazarbayev bir-birlərini Yeni il münasibətilə təbrik ediblər.

Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Xarici dil üzrə ölkə birincisi oldu
Xalq artisti Maqsud Məmmədovun dəfn olunacağı yer AÇIQLANDI
Zaqatalada avtomobil 55 yaşlı kişini öldürdü
ABŞ və İsrail geri dönüşü olmayan yola girdi - Dünya DƏHŞƏT İÇİNDƏ
Hakan Fidandan şok xəbərdarlıq: "İsrail Türkiyəni yeni düşmən elan edə bilər"
İran son kozırını işə saldı: ABŞ-a TƏRS SİLLƏ
Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDI
Trampdan İran blokadası ilə bağlı açıqlama: "Həmin boğazdan 34 gəmi keçib"
Sumqayıtda DƏHŞƏT: Qəbiristanlıqda gənc oğlanın meyiti tapıldı
Azərbaycanın strateji valyuta ehtiyatları artdı
Manatla bağlı MÜHÜM PROQNOZ: ABŞ dolları ilə pul köçürmələri
Zaqatalada maşın piyadanı vurub öldürdü
Tanınmış şairə dünyasını dəyişdi
Bazarda rekord ARTIM - Neft sürətlə qalxır