Nazarbayevin qardaşı oğlu 6 il müddətinə HƏBS EDİLDİ
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulının cinayət işi üzrə məhkəmə qərarı elan edib.
KONKRET.az "Zakon.kz"a istinadən xəbər verir ki, hökmü Astananın Baykonır rayonunun 2 saylı məhkəməsinin hakimi Nurlan Bayaxmetov oxuyub.
Qərara əsasən, o, əmlakı müsadirə olunmaqla, dövlət qulluğunda, məhkəmədə və Qazaxıstan Respublikasının Milli Bankında vəzifə tutma hüququndan məhrum edilməklə altı il müddətinə həbs edilib.
Bundan əlavə, ölkə Prezidentinə Satıbaldıulının Qazaxıstan Respublikasının milli təhlükəsizlik orqanlarının general-mayoru xüsusi rütbəsindən, habelə dövlət təltiflərindən məhrum edilməsi təklifi təqdim ediləcək.
Qeyd edək ki, Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki Əmanət partiyası) müxtəlif vəzifələrdə çalışıb, bizneslə məşğul olub.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır