Nazaryan: Azərbaycan Ordusuna 100 gün lazımdır ki...
Ermənistan tədricən ikinci Suriyaya dönəcək və orada yeni qarşıdurmalar baş verəcək.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə pedaqoji elmlər namizədi, Ermənistan Respublika Partiyasının üzvü Levon Nazaryan bildirib.
"Yaxın zamanlarda Ermənistan Suriyaya bənzəyəcək və orada daş-daş üstündə qalmayacaq. Bu müharibə üçün yeni bir "X zonası" olacaq. Üstəlik, Qərb də Zaqafqaziyada öz maraqlarını Ermənistanın dağıdılması bahasına irəlilədir. İrəvanda hakimiyyətin Rusiya Federasiyasının nəzarətinə verilməsi məsələsinə baxıldığı haqqında dəqiq məlumat var. Guya, yalnız bu halda Kreml "artsax"la etdiyi kimi, bu ölkənin də tamamilə yoxa çıxmasına imkan verməyəcək. Hamıya aydındır ki, sabah Azərbaycan Ordusu bütün Ermənistanı da öz nəzarətinə götürə bilər. Bu dəfə Bakıya 44 gün deyil, məsələn, 100 gün lazım olacaq", - deyə erməni ekspert vurğulayıb.
Onun sözlərinə görə, faktiki olaraq Ermənistanın və erməni xalqının gələcəyi təhlükə altındadır.
"Bu, Ermənistanın hazırkı vəziyyətinə verilən ən ayıq və real qiymətdir. Bu gün Ermənistanın suveren hakimiyyəti, təhlükəsizliyi, müttəfiqləri, inkişaf zəmanəti yoxdur. Ermənistan növbəti fəlakətə doğru gedir", - deyə Nazaryan qeyd edib.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər