Nazilə Səfərli "Toy yoxdursa, efirə niyə çıxım?" deyən müğənniləri qınadı
Məşhur şairə Nazilə Səfərli bəzi müğənnilərdən şikayətlənib.
Open.az xəbər verir ki, N.Səfərli ARB telekanalında yayımlanan "Ona qalsa" verlişində toya görə efirə gəlməyən müğənniləri qınayıb:
"Müğənnilər vardı, mənə yalvarırdılar ki, bizi efirə çağır. Amma indi bilirsiniz nə deyirlər? "Toy yoxdursa, efirə niyə çıxım, bir də gedim gözəllik salonuna 60 manat verim, orada saçımı düzəldim, 100 manat verim vizaj etdirim."
Elə kişi müğənnilər də eyni şeyi deyir. Onlar da fikirləşir ki, bərbər bunlara xüsusi xidmət etməlidir, saçına jele vuran var, lak vuran var, tərz edən var.
Sən demə, ağ üzlə qara üzün bəlli olan vaxtı imiş, sən demə, illərdir xalqa sənət nümayiş etdirirəm deyib, don geyinən bəzi sənətkarlar xalqın toyları üçün çalışırmış, xalqın gözündən pərdə asırmışlar. Bu mənə çox acı gəlir. "Mən xalqım üçün xidmət edirəm" deyən insanlar, xalq sizi gözləyir ekran qarşısında. Siz isə deyirsiniz ki, toy yoxdursa, niyə çıxım. Bu zamanda xalqın qarşısına çıxmasanız, karantin zamanı kefini kök etməsəniz, toy zamanı da siz onlara lazım olmayacaqsınız", - deyə, N.Səfərli bildirib.

ABŞ-la danışıqlarda geri çəkilməyəcəyik - Tehran
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
Neft ucuzlaşdı
Konfrans Liqasının oyunu azərbaycanlı hakimə tapşırıldı
Arda bu oyunçuya görə "Real"dan ayrıla bilər
"Əgər buna imkan versək, Türkiyə də bunu istəyəcək" - Yair Lapid
Zaxarova: KTMT-nin Qarabağ münaqişəsinə qoşulması mümkün deyildi
Ukrayna Kerçə zərbə endirdi: yaralılar var
Çaya tullanan gənc faciəvi şəkildə ÖLDÜ
Abşeronda binada partlayış: Sakinlər təxliyə edilir
ÇL: "Sabah"ın çətin Finlandiya səfəri
Emmanuel Addaininin yeni klubu bəlli oldu
Daşkəsəndə "Niva" aşdı - Xəsarət alan var
Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay
İcazəsiz bazadan qaçdı, futbolçuları təhqir etdi