Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA
İşəgötürənlər işçilərinin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə investisiya yatırmalıdırlar.
KONKRET.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu 2026 çərçivəsində keçirilən "Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi" mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, 2017-ci ildən Azərbaycanda qeyri-formal məşğulluğun azaldılması istiqamətində sistemli və davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində ölkədə əmək müqavilələrinin sayı 600 minə yaxın artıb. Bu, təxminən 46-47 faiz yüksəliş deməkdir. Eyni zamanda, əməkhaqqı fondu üç dəfədən çox artıb.
Anar Əliyev qeyd edib ki, minimum əməkhaqqının artırılması, eləcə də dövlət sektorunda əməkhaqlarının mütəmadi yüksəldilməsi özəl sektorda da rəqabət mühitinə təsir göstərir və maaş artımlarını stimullaşdırır. Əmək müqavilələrinin sayının artması işçilərin bilik və bacarıqlarının inkişafı üçün də əlavə imkanlar yaradır. İşəgötürənlər əməkdaşlarını müxtəlif kurslara, ixtisasartırma və peşə hazırlığı proqramlarına cəlb etməklə onların peşəkarlıq səviyyəsini yüksəldə bilərlər.
Nazir formal məşğulluğun genişləndirilməsinin işçilərin sosial hüquqlarının təmin olunması baxımından da əhəmiyyətini vurğulayıb. O, həmçinin Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərin tələblərinə uyğun işçi qüvvəsinin müəyyənləşdirilməsi və hazırlanması istiqamətində xidmətlər göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu çərçivədə iri müəssisələrlə əməkdaşlıq edilir, onların ehtiyaclarına uyğun namizədlər seçilir və xüsusi peşə hazırlığı proqramları təklif olunur.

Sumqayıtda qadını avtomobil vurdu
Almaniyanın xarici işlər naziri Prezident İlham Əliyevə təşəkkür edib
Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
Toydan çıxan piyadanı avtomobil vurdu
Avtomobil 72 yaşlı qadını vurdu
Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
Təhlükəsizlik zəmanətləri, bərpa üçün milyardlar və əsas sual: Yeni Rusiya istilasının qarşısını necə almaq olar?
Orhan Gencebaydan miras açıqlaması: "Ailəm üçün canımı verərəm
Onu "Qarabağ"dan transfer etmək istəyirdik, alınmadı
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Bank ekspertindən məsləhət