Nazirdən taksilərlə bağlı VACİB AÇIQLAMA
Azərbaycanda taksi minik avtomobillərinin sürücülərinə qarşı tələbin olmaması əsas məqamları nəzarətdə saxlamağa imkan vermir.
Bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, lisenziyaların ləğvinin iqtisadiyyata müsbət effektlə yanaşı mənfi təsirləri də olub: "Bunlardan birini biz bu gün məhz taksi daşımalarında görürük.
Bu gün taksi dayıcılarının 90 %-i müxtəlif onlayn platformalar və ya aqreqatorlar üzərindən öz fəaliyətini həyata keçirir.
Qanunvericilik isə bu cür fəaliyyət növünü tənzimləmir. Lisenziyaların yerinə gələn fərqlənmə nişanını almaq üçün istər sürücüyə, istərsə də avtomobilə münasibətdə hər hansı tələb qoyulmur. Bu bir tərəfdən bazarda rəqabəti artırır.
Bunun nəticə olaraq da qiymətlərin nəinki qonşularla hətta bir sıra inkişaf etmiş ölkələrlə müqayisədə kifayət qədər aşağı olduğunu görürük.
Bu, təbii ki əhalini maraqlarına xidmət edir. Lakin belə olan halda biz sürücülərin peşəkarlıq səviyyəsi, onların etik davranışı, avtomobillərin texniki vəziyyəti kimi əsas məqamları nəzarətdə saxlaya bilmirik".
R. Nəbiyev vurğulayıb ki, bu səbəbdən də istər taksilərin sayı ilə bağlı, istər parklanmayla bağlı məslələlərə konkret olaraq Bakı şəhərinin timsalında mobillik kontekstində baxılmalıdır:
"İctimai nəqliyyat marşrutlarının sayı, onların keçdikləri əraizlər, metro stansiyalarının, qovşaqların mövcudluğu və sair bu kimi amillər hamısı bir yerdə taksilərə olan tələbi ortaya qoymalıdır". / azxeber.com

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü - FOTOLAR
Bir qrup dövlət qulluqçusu təltif edildi - SƏRƏNCAM
Numan Kurtulmuş Azərbaycandadır - Foto
Azərbaycanda bu şəxslər iki min manatdan çox maaş alır
Ronaldo rekorda imza atdı
Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq
Azərbaycanlı qız Gürcüstanda faciəvi şəkildə öldü
Livan və İsrail arasında danışıqların beşinci raundu başladı
Övladının həyatını təhlükəyə atmışdı - Saxlanıldı
"Land Cruiser" motosikletə çırpıldı - Kuryer öldü
Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır
Trampdan İranla sazişi tənqid edənlərə qəribə tövsiyə
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Azərbaycandadır
Dənizdə batmamaq üçün bu qaydalara əməl edilməlidir
Dənizdə batan Pərviz Məcidovun atası: 'Bir-birini xilas etmək istəyiblər, hamısı boğulub