Nazirlik: "Ölkədə buğda ehtiyatları formalaşıb"

Nazirlik: Azərbaycanda yeni taxılçılıq mövsümünə qədər buğda ehtiyatları formalaşıb.
KONKRET.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, ölkədə un dəyirmanlarının yaratdıqları tələbatdan iki dəfə çox buğda rezervləri var: "Həmçinin, digər ərzaq ehtiyatları var".
F. Fikrətzadə bildirib ki, Azərbaycan ümumilikdə 1,3 milyon ton həcmində buğda idxal edir: "Bu ümumi buğda ehtiyatları balansı baxımından 40 % idxaldan asılılıq deməkdir. Amma un emalı sənayesinin tələbatına görə idxaldan asılılıq səviyyəsi daha yüksəkdir. Hazırda un emalı sənayemizin emal etdiyi buğdanın 75 %-i idxal mənbələri hesabına təmin edilir. Bu isə ortalama 1,3 milyon ton deməkdir.
Düzdür, 2021-ci ildə dünya bazarında olan məhdudiyyətlərdən dolayı ölkənin idxalı müəyyən qədər azalıb. Bizim gözləntimiz budur ki, idxal mənbələrində təchizatda olan problemlər bizim un emalçılarını yerli istehsala yönəldəcək. Biz dünyanın ən böyük buğda ixrac edən ölkələrin daxil olduğu regionunda yerləşirik. Bu gün Azərbaycanın idxal etdiyi buğdanın 95 %-i Rusiya hesabına təmin edilir. Emalçılar üçün Rusiyadan buğda almaq iqtisadi baxımdan ən səmərəli model idi".
F. Fikrətzadə vurğulayıb ki, Azərbaycanda kiçik və orta fermerlərin üstünlük təşkil etdiyi bir şəraitdə, bir emal müəssisəsi 10 min ton buğdanı ölkədə tədarük etmək üçün min fermərlə razılaşma əldə etməli idi: "Amma Rusiyada hər hansı bir təsərrüfatdan yüz min ton buğdanı ala bilirdi, ən ucuz logistika ilə ölkənin un emalçıları Rusiyadan buğdanı alırlar. Rusiya buğda ixracına görə tətbiq etdiyi qiymətlər birja qiymətlərindən aşağıdır.
Emalçılar ən yaxşı təchizat mənbəyini Rusiyada görürdü. Bizim fermerlərimiz istehsal etdikləri buğda ilə heyvandarlıq təsərrüfatlarını təmin edirlər. Yəni, elə bir mühit formalaşmışdı ki, nə bizim fermerlərimiz dəyirman axtarmırdılar, emalçılar da fermer axtarışında deyil. Lakin yeni dövr qarşımıza yeni çağırış qoyub".
O, ölkədə buğda idxalını azlatmaq üçün vacib olan məqamları açıqlayıb: "Bunun üçün yalnız iri taxılçılıq təsərrüfatlarını səfərbər etməliyik. Bəzən belə ifadə səslənir ki, biz 500 min hektarda buğda əkirik. Niyə özümüzü təmin edə bilmirik? Dünyada Rusiya, Ukrayna, Qazaxıstan, Avstraliya, Kanada kimi ölkələr taxıl ixrac edir. Bu ölkələrin orta hesabla torpaq əkini strukturu belədi ki, Avstraliyada taxıl əkilən sahələr 4 min hektardan başlayır. Rusiyada orta hesabla 1 000 hektardan başlayaraq sahələrdə taxıl əkilir. Taxılçılıq təsərrüfatları böyük olmalıdır. Bizim taxılçılıq üzrə yerli xüsusiyyətlər ondan ibarətdir ki, bizdə 1996-1998-ci ildə sosial ədalət prinsipinə uyğun olaraq torpaq islahatı aparılıb. Ölkədə ortalama taxıl üzrə əkin sahəsi 1,85 hektardır. Ona görə də strateji hədəf iri taxılçılıq təsərrüfatlarının yaradılmasında görürük. Dövlət üçün iri taxılçılıq təsərrüfatları maraqlıdır".

Sosial       Tarix: 11 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu gun sosial yardim en son xeberler bu gun axsam.az xeberler