Nazirlik "REAL"a 30 gün vaxt verdi
Ədliyyə Nazirliyindən REAL partiyasının qeydiyyatla bağlı müraciətinə cavab verilib.
KONKRET.az xəbər verir ki, partiyanın sədri İlqar Məmmədov nazirliyin təqdim etdikləri üzvlərin siyahısı ilə bağlı araşdırma apardığını bildirib. O, təqdim etdikləri siyahının nazirlik tərəfindən qəbul edilmədiyini və partiyaya 30 gün vaxt verildiyini deyib:
"Ədliyyə Nazirliyindən rəsmi cavab aldıq. Deyir, reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq. 986 nəfər partiyaya üzv olmadığını bildirdi. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisin nömrəsi göstərilib, bunu isə məqbul saymırlar. 2527 nəfər barədə məlumatlar (adı, soyadı, doğum tarixi) Əhalinin Dövlət Reyestrində tapılmadı (yəqin hərf səhvi kimi səbəblərə görə). Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, partiyamızın siyahısında cəmi 463 nəfərin adı "keçərli" oldu.
Qanuna əsasən, növbəti 30 gün ərzində, ya 4500+ nəfərin məlumatlarını "düzəltməli", ya eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq".
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi