Nazirlik: "Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib

Nazirlik: "Əməkdar artist Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib".
azxeber.com xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Əməkdar artist Tünzalə Əliyevanın ölümü ilə bağlı nekroloqunda yer alıb.
"Azərbaycan mədəniyyətinə itki üz verib. Teatr və kino aktrisası, respublikanın Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra yanvarın 22-də, ömrünün 50-ci ilində vəfat edib.
Tünzalə Məcid qızı Əliyeva 1973-cü il fevralın 15-də Gəncə şəhərində anadan olub. 1993-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib. Gəncə Dövlət Kukla Teatrında, Gəncə Dövlət Dram Teatrında çalışıb. 2003-cü ildən yaradıcı fəaliyyətini Bakıda, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının truppasında davam etdirib. Teatrın repertuarındakı bir sıra tamaşalarda yaddaqalan obrazlar (Natella – M.Haqverdiyev, "Qısqanc ürəklər"; Şahnaz – A.Rəhimov "Pul hərisləri"; Mehriban – Ə.Nesin, "Toros canavarı", Sənəm – Ü.Hacıbəyli, "O olmasın, bu olsun" və s.) yaradıb. Həmçinin müxtəlif filmlərdə çəkilən, əyləncəli televiziya proqramlarında iştirak edən aktrisa geniş tamaşaçı rəğbəti qazanıb.
Tünzalə Əliyevanın yaradıcı fəaliyyəti dövlət tərəfindən qiymətləndirilib, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin", - nekroloqda qeyd edilir.

Sosial       Tarix: 23 yanvar 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber xeberler az meherremlik 2026 sonxabar az