Nəfəsin 'Range Rover'indən 6 min oğurlayan şəxsdən şok açıqlama
Bakıda tanınmış müğənni Nəfəsin avtomobilindən pul oğurlayan şəxsə hökm oxunub.
Oğurluq hadisəsi 1984-cü ildə Ağdaş rayonunda doğulmuş Cavid Əkbərov (ad-soyad şərti) tərəfindən törədilib.
Cavid Əkbərov əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilib. Azadlığa çıxdıqdan sonra şəhərdə corab və salfet satmaqla ailəsini dolandırıb.
Cavid Əkbərov ifadəsində bildirib ki, yol kənarında olan zaman "Range Rover" markalı avtomobilə yaxınlaşaraq müğənni Nəfəsdən salfet almasını və maddi imkanı aşağı olduğu üçün ona köməklik etməsini xahiş edib. Müğənni onun xahişini rədd edərək, oradan uzaqlaşıb. Daha sonra həmin ərazidə gəzərkən Nəfəsin avtomobilinin arxa sol şüşəsinin açıq olduğunu görüb. Həmin şəxs bundan istifadə edərək maşındakı əl çantasının içərisində olan 6 min manat pulu götürüb və ərazidən uzaqlaşıb.
Nəfəs Azərbaycan dilində latın qrafikalı əlifba ilə sərbəst yazıb-oxuya bildiyinə görə ifadəsinin alınmasında tərcüməçinin və mütəxəssisin iştirakını istəməyib. Xanım müğənni yeni mahnı yazdırmaq məqsədi ilə oğurluq hadisəsi olan ünvanda yerləşən studiyaya gəldiyini, avtomobilini çoxmərtəbəli binanın qarşısında saxladığını və şüşəni bağlamağı unutduğunu bildirib. Geri qayıdarkən çantanın içərisində pulun olmadığını görüb.
Məhkəminin qərarı ilə Cavid Əkbərov Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. /// qaynarinfo.az / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var