Neft qiymətləri spekulyasiyalara görə düşür – OPEK
May ayında neft qiymətlərinin ucuzlaşması spekulyativ satışlar, geosiyasi risklərin azaldılması gözləntiləri, mərkəzi bankların monetar siyasətinə dair qeyri-müəyyənlik və qarışıq iqtisadi göstəricilərin bazar əhval-ruhiyyəsinə təsir göstərməsi ilə bağlıdır.
Bu fikirlə OPEK analitikləri çıxış ediblər. Qeyd edək ki, may ayında Brent markalı neft 6 dollar və ya 6,7 faiz ucuzlaşaraq orta qiyməti 83 dollara, WTI markalı neftin bir barreli isə 5,77 dollar və ya 6,8 faiz ucuzlaşaraq 78,62 dollara düşüb.
OPEK-in aylıq hesabatında qeyd edilir ki, "ay ərzində spekulyativ satışlar qiymətlərin aşağı düşməsinə və bazar dəyişkənliyinin artmasına səbəb olub". Bildirilir ki, maliyyə menecerləri mayda ICE Brent fyuçers bazarında 173 milyon barel ekvivalent neft satıblar.
Hedcinq fondları və digər pul menecerləri ICE Brent fyuçers bazarında 2020-ci ilin noyabr ayından etibarən qısa mövqeləri kəskin şəkildə ən yüksək səviyyəyə qaldırıblar. OPEC bildirib ki, ICE Brent və NYMEX WTI fyuçersləri və opsionlarında birləşmiş xalis uzun mövqelər keçən ilin yanvarından bəri ən aşağı səviyyələrə düşüb.
Xam neftin hər üç bazar strukturu – ICE Brent, NYMEX WTI və DME Oman – may ayında əvvəlki ayla müqayisədə zəifləyib.
Musavat.com / konkret.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir