Neftçalada icra başçısına hücumla bağlı YENİ TƏFƏRRÜATLAR
Xəbər verdiyimiz kimi, bu gün Neftçala rayonu, Bankə qəsəbəsində İcra Hakimiyyəti rəsmilərinin əhali ilə səyyar görüşündə dava düşüb.
KONKRET.az xəbər verir ki, Bakupost.az hadisənin bəzi təfərrüatlarını dəqiqləşdirib.
Əldə etdiyimiz xəbərə görə, görüş zamanı Zaur adlı Neftçala rayon sakini və müharibə iştirakçısı olan bir nəfər səs-küy salıblar. Onları Neftçala Rayon İcra Hakimiyyəti başçısınin ikinci müavini Burcalı Ağayev və icra hakimiyyətinin işçisi Ataş Əsədov sakitləşdirməyə çalışıblar.
İcra başçısı Mirhəsən Seyidov isə həmin iki nəfərin içəri buraxılmasına göstəriş verib. Dava salan şəxslər başçının yanına keçdikdən sonra onu təhqir etməyə başlayıblar. Banka qəsəbəsi icra nümayəndəsi Taryel Nağıyev onları sakitləşdirmək istəyərkən, həmin şəxslərdən biri ona kəllə vurub və bir anda cibindən bıçaq çıxardaraq icra başçısına hücum etmək istəyib.
Görüşdə olan şəxslər hadisənin qarşısını almağa çalışıblar. Daha sonra polis hadisəyə müdaxilə edib və başçıya hücum edən şəxs oradan aparılıb.
Hücum edən şəxs rayon sakinlərinin sosial problemlərdən əziyyət çəkdiyini, iş tapa bilmədiklərini deyib,
icra başçısı Mirhəsən Seyidovu isə vəzifəsinin öhdəsindən gələ bilməməkdə və rayondakı problemlərin həlli ilə məşğul olmamaqda ittiham edib.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var