Neftçalada məktəblinin qızılcadan ölməsi ilə bağlı təfərrüat - YENİLƏNİB
Neftçala rayonunda vəfat edən məktəbli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
KONKRET.az-ın AzərTAC-a istinadən məlumatına görə, Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev bildirib ki, Aşağı Surra kəndində yaşayan Əliyeva Samirə Elxan qızından əvvəl həmin ailədə olan digər uşaq Samir Əliyevin qızılcaya yoluxması ilə bağlı kənddə yerləşən tibb məntəqəsinə müraciət olunub.
"Dərhal həkimlər tərəfindən ailədə olan hər üç uşaq -2010-cu il təvəllüdlü Samir Əliyev, 2013-ci il təvəllüdlü Samirə Əliyeva, 2016-cı il təvəllüdlü Kərim Əliyev yoxlanılaraq müayinə olunub. Qızılcaya yoluxan Samir Əliyevin noyabrın 27-də növbəti müayinə zamanı sağaldığı və digər uşaqlarda hər hansısa qızılca əlamətinin olmadığı müəyyən edilib. Noyabrın 30-da isə Samirə Əliyevanın qızılcaya yoluxması göstəriciləri ilə bağlı tibb məntəqəsinə yenidən müraciət olunub. Həkimlər müayinə zamanı onda 37,2-37,5 dərəcə hərarət və yüngül səpkilərin olduğunu aşkarlayıblar və mütəmadi olaraq Samirə Əliyeva və digər uşaqlar həkimlərin nəzarətində saxlanılıb. Ötən gün həkimlər növbəti dəfə həmin ailədə uşaqları müayinə edən zaman hansısa təhlükəli hal müşahidə etməyiblər. Bu gün səhər saatlarında isə Samirə Əliyevanın səhhəti anidən ağırlaşdığı üçün ailəsi tərəfindən uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda vəfat edib", – deyə xəstəxananın direktoru qeyd edib.
17:45
Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, kənd sakini – 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.
Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.
Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.
Faktla bağlı araşdırma aparılır.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi