"Neftçi" "Jelezniçar"la bərabərə qaldı
"Neftçi" UEFA Konfrans Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.
KONKRET.az xəbər verir ki, "ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Bosniya və Herseqovinada "Jelezniçar"ın qonağı olub. "Qrbavitsa" stadionunda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Görüşdə ilk qolu meydan sahibləri vurublar. 12-ci dəqiqədə Cenan Haraçiç komandasını önə keçirib. Azərbaycan təmsilçisi 42-ci dəqiqədə Aleksandar Kosoriçin avtoqolu ilə tarazlığı bərpa edib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 10-cu dəqiqədə Cozef Amoanın qoluna mane ola bilməyən bakılılar yenidən məğlub duruma düşüblər. Buna baxmayaraq, 90+5-ci dəqiqədə Rəhman Hacıyev əla zərbə ilə komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 3-də Bakıda olacaq. Bu cütün qalibi növbəti raundda "Beşiktaş" (Türkiyə) – "Tirana" (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. Yeri gəlmişkən, Türkiyə klubu ilk matçda inamlı qələbə qazanıb – 3:1.

Ruslar Putini görmək istəmirlər - NƏTİCƏLƏR AÇIQLANDI
İsraildə siyasi arena qızışır: Netanyahuya güclü rəqib
Xırdalandakı yanğında xəsarət alan var? - Sakinlərin təxliyə GÖRÜNTÜLƏRİ
Bakıda itkin düşən bacı-qardaş tapıldı - Valideyni işgəncə verirmiş
"Truth Social"-da yeni xidmət: Trampın paylaşımlarına erkən çıxış imkanı yaradılır
Pekin Trampın ittihamlarını rədd etdi: ABŞ-a ÇAĞIRIŞ
Mahir Emreli bu kluba keçir: bu gün və ya sabah
Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi
Gəncədə azyaşlı uşaq öldü
PUA hücumunda həlak olan gəmi kapitanının nəşi Bakıya gətirilir
Əməkdar jurnalist Nuraninin vəziyyəti açıqlanıb
Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi
"Qarabağ" - ÇSKA oyununun biletləri satışda - QİYMƏTLƏR
DÇ-nin bürünc və qızıl medal uğrunda son iki oyunu
Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yola düşüb