"Neftçi" "Olimpiakos"a minimal hesabla uduzdu (YENİLƏNDİ)

Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu keçirilib.
Publika.az xəbər verir ki, , "Georgios Karaiskakis" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
"Neftçi" görüşü ənənəvi 4-5-1 taktikası ilə keçirib. Qapıçı Aqil Məmmədovun önündə mərkəz müdafiəçiləri qismində Mamadu Mboc, Mert Çelik və Voislav Stankoviç, cinahlarda isə Yusuf Laval və Harramiz Suareş qərarlaşıb. Yarımmüdafiədə kapitan Emin Mahmudov, Mamadu Kane, Sezar Meza Kolli və Sabir Buqrin yer alıb. Yeganə hücumçu kimi isə ilk "11-liy"ə Namik Ələskərov düşüb.
Görüşün ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. "Olimpiakos"un hücumlarına "Neftçi" layiqincə cavab verməyi bacarıb. Hətta Namik Ələskərov və Emin Mahmudov real qol imkanlarını qaçırıb. Əvəzində yerli komanda 29-cu dəqiqədə adi vəziyyətdən fərqlənməyi bacarıb. Məhəmməd Kamara qapıçı Aqil Məmmədovun irəli çıxdığını görərək, topu ustalıqla onun başı üzərindən tora qovuşdurub.
İlk yarının sonları insidentlərlə yadda qalıb. 40-cı dəqiqədə "Neftçi"nin baş məşqçisi Samir Abasov baş hakim Joau Pinyeyrunun qərarına etiraz etdiyi üçün sarı vərəqə alıb. Bundan sonra Abasovun olduğu skamyanın arxasındakı yunan fanatlar ona söz atmağa başlayıblar. 43 yaşlı mütəxəssis təxribatçı hərəkətlərə cavab verməyi lazım bildikdə azarkeşlər daha da qızışaraq, ona tərəf yeriyiblər. Yalnız baş hakimin müdaxiləsindən sonra ara sakitləşib.
Bununla belə, 43-cü dəqiqədə qol müəllifi Kamara "Neftçi"nin hücumçusu Namik Ələskərova qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb. Ələskərov isə oyuna davam edə bilməyərək, yerini Mirabdulla Abbasova verib. İlk yarını "Olimpiakos"un 1:0 hesabı ilə öndə tamamlayıb.
Fasilədən sonra "ağ-qaralar" say üstünlüyündən yararlanmaq üçün hücumlarını davam etdiriblər. Lakin cəhdlər nəticə verməyib. 63-cü dəqiqədə isə Mert Çelik rəqib futbolçu Oleq Ryabçukun qarşısını sifətinə təpik zərbəsi endirərək kəsdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Nəticədə meydanda hər iki komanda 10 oyunçu ilə qalıb.
Bundan sonra "Olimpiakos" yenidən üstünlüyü ələ alıb. "Neftçi" isə müdafiəyə çəkilərək, əks-hücumlara bel bağlayıb. Futbolçuların yorğunluğu üzündən oyunun tempində eniş də nəzərə çarpıb. Görüşün axırlarında Azərbaycan komandasının heyətində daha iki dəyişiklik baş verib. Sabir Buqrini Ömər Buludov, Emin Mahmudovu isə yeni transfer Romen Bask əvəzləyib. Lakin hesab sonadək dəyişməyib. "Neftçi" minimal hesabla uduzaraq, iyulun 28-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü üçün şanslarını saxlayıb.
xxx
00:24
Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda qonaqlar da azlıqda qalıb.
Publika.az xəbər verir ki, 63-cü dəqiqədə "ağ-qaralar"ın müdafiəçisi Mert Çelik rəqib futbolçu Oleq Ryabçukun sifətinə təpiklə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Nəticədə meydanda hər iki komandanın say nisbəti bərabərləşib və tərəflər 10 nəfərlə qalıblar.
xxx
00:07
Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, ilk yarıdan sonra meydan sahibləri öndədir - 1:0. Yeganə qolu 29-cu dəqiqədə Məhəmməd Kamara vurub.
Kamara 43-cü dəqiqədə Namik Ələskərova qarşı kobud oyununa görə meydandan qovulub. Ələskərov isə yerini Mirabdulla Abbasova verməli olub.
Hazırda "Olimpiakos" azlıqdadır.
xxx
23:44
Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda meydan sahibləri azlıqda qalıb.
Publika.az xəbər verir ki, 43-cü dəqiqədə qol müəllifi Məhəmməd Kamara "Neftçi"nin hücumçusu Namik Ələskərova qarşı kobud oynadığı üçün qırmızı vərəqə alıb.
Ələskərov isə zərbə güclü olduğu və başından qan açıldığı üçün görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub.
xxx
23:48
"Neftçi" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 29-cu dəqiqədə Məhəmməd Kamaranın cərimə meydançası çölündən vurduğu zərbə Aqil Məmmədovun qoruduğu qapıya daxil olub.
"Olimpiakos" bu qol sayəsində önə çıxıb - 1:0.
xxx
22:59
Yunanıstan "Olimpiakos"u ilə "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu start götürüb.
Publika.az xəbər verir ki, qarşılaşma "Georgios Karaiskakis" stadionunda keçirilir. Oyunu portuqaliyalı referi Joau Pinyeyru idarə edir.

İdman       Tarix: 22 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah" və "Barselona" arasında keçiriləcək oyuna müxtəlif ölkələrdən azarkeşlər bilet əldə ediblər. xəbər verir ki, Masazır klubunun sosial şəbəkə hesabınd

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 10 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, II qrup. 23:45, Niderland – Yunanıstan;. 23:45

Sneyder bu kluba baş məşqçi təyin olundu

Niderland millisinin sabiq futbolçusu Vesli Sneyder məşqçilik karyerasına başlayıb. xəbər verir ki, bu barədə "VI.nl" məlumat yayıb. O, ölkəsinin 9-cu liqasında çıxış edən "Eminent Boys"un baş məşqçis

İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərai

Emin Mahmudov millidə karyerasını başa vurur

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib. -a istinadla xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdə

Sabir Zeynalov dünya çempionu oldu

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb. KONKRET.azxəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübariz

"Mançester Yunayted" Maykl Karriki qovdu

"Mançester Yunayted" baş məşqçi Maykl Karriki istefaya göndərib. xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Klubun bununla bağlı bu gün açıqlama yayacağ

Abu-Dabidə qalmaqal: Usman Nurmaqomedov Merab Dvalişvilinin üzərinə hücum edib

Rusiyalı MMA döyüşçüsü Usman Nurmaqomedov Abu-Dabidə gürcüstanlı idmançı, UFC-nin keçmiş çempionu Merab Dvalişvili ilə insident yaşayıb. KONKRET.azxəbər verir ki, tərəflər arasında dava noyabrın 11-də otellərdən birinin foyesind

Onu "Qarabağ"dan transfer etmək istəyirdik, alınmadı

Ukraynanın "Polesye" klubunun baş məşqçi köməkçisi Sergey Kravçenko "Qarabağ"ın futbolçusu Aleksey Kaşuku transfer etmək istədiklərini təsdiqləyib. -a istinadla xəbər verir ki, o, 26 yaşlı yarımmüdafiəçini


son xeberler yeni xeberler azerbaycan xeberleri az xeber xeberler bu gun cəbhədən son xəbər qarabag