"Neftçi" öz meydanında "Zirə"ni məğlub etdi
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu başa çatıb.
Publika.az xəbər verir ki, "Neftçi" klubu "Bakcell Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb - 2:1.
Matçdan öncə koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlu anılıb, stadionun tablolarında onun həyat yolundan bəhs edən süjet nümayiş olunub. Görüş isə bir dəqiqəlik sükutla başlayıb. Bundan başqa, "Neftçi"də 100-cü oyununa çıxan qapıçı Aqil Məmmədov mükafatlandırılıb. Otuz iki yaşlı qolkiperə mükafatı flaqmanın prezidenti Kamran Quliyev təqdim edib.
Oyuna gəlincə, hesab erkən qolla açılıb. Altıncı dəqiqədə Ağabala Ramazanov qonaqları önə keçirib. Matçın 39-cu dəqiqəsində Sezar Meza Kolli "ağ-qaralar"ın bərabərlik qoluna imza atıb. Oyunda son nöqtəni isə 84-cü dəqiqədə Mirabdulla Abbasov qoyub.
Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Neftçi" ikinci pillədəki mövqeyini qoruyub. On iki xalı olan "Zirə" isə 3-cü sırada qalıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında "Sabah" evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib. Turun digər iki matçı oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, "Qəbələ" səfərdə "Keşlə" ilə, "Qarabağ" isə "Səbail" ilə üz-üzə gələcək.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var