"Neftçi"də maaş niyə "Qarabağ"dan yüksəkdir?

"Neftçi"nın maaş büdcəsinin "Qarabağ"dan yüksək olması ilk dəfə deyil. Ötən mövsümdən əvvəlki hesabatda da hər iki klubun maaş büdcəsi təxminən bərabər idi".
KONKRET.azxəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında idman yazarı, aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib. O bildirib ki, "Neftçi"nin etdiyi əcnəbi transferlərin əksəriyyəti Avropada heç kimə lazım deyil:
"Neftçi" tez-tez baş məşqçilərini dəyişir. Hər dəfə dəyişiklik olduqda, komandaya çox sayda legioner gətirilir. Bu legionerlərin əksəriyyəti heç əsas heyətə belə düşə bilmir. Həmin legionerlərin Avropada illik maaşı 50 min dollardan artıq deyil. Amma onlara təklif edirlər ki, siz Azərbaycana gəlsəniz, illik 300 min dollar verəcəyik. Futbolçunu həmin maaşa gətirib ehtiyatda saxlayırlar və 150 min dolları ona verirlər".
N. Muxtarlı vurğulayıb ki, "Neftçi"nin son transferi Vinsent Abubakarın kluba heç nə verməyəcəyi əvvəldən bəlli idi: "O, aşağı maaşa Azərbaycan çempionatına heç vaxt gəlməzdi. "Neftçi"də bu proses illərdir davam edir. Samir Abbasovdan sonra komandanın sükanı arxasına Yuri Vernidub gəldi. O da öz heyətini qurmaq üçün yeni transferlər tələb edəcək. "Neftçi" illərdir ki, belə idarə edilir".
Tanınmış futbol mütəxəssisi Şahin Diniyev isə deyib ki, "Neftçi"də stabilliyin olmaması oyun performansına da öz təsirini göstərir:
"Futbolda hər şeyi pul həll etmir. Düzgün iş istiqaməti tutmaq da çox vacibdir. Söhbət maliyyəni necə düzgün xərcləmək lazımdır, bundan gedir. "Neftçi"də keçən il çoxlu sayda futbolçuların göndərilməsi və transferi baş tutdu. Ola bilsin ki, seleksiya prosesində yanlışlığa yol verilib. Misal üçün, "Qarabağ" ötən mövsüm ərzində 25 futbolçu oynadıbsa, "Neftçi" heyətinə 10-12 yeni futbolçu cəlb edərək, avtomatik olaraq, oyunçu sayını artırıb. Transfer etmək üçün maliyyənin olması çox önəmlidir. Ancaq nöqtə transfer edilməsi üçün bəzən ardıcıl bir neçə futbolçu almalı olursan. Bu isə sənin maliyyənin azalmasına gətirib çıxarır. Stabil heyət, stabil oyun, stabil nəticə deməkdir. Düşünürəm ki, axır illər "Neftçi"də stabilliyin olmaması oyun performansına da öz təsirini göstərir. Futbolçu və məşqçi seçimləri düzgün idarəetmənin üzərində olmalıdır. "Qarabağ"ın isə illərdir stabil olması uğurlu nəticələrin əldə edilməsini təmin edir".
Qeyd edək ki, ötən mövsüm Premyer Liqada çıxış edən klubların futbolçularına ödədikləri əməkhaqqının məbləği açıqlanıb. Hesabata əsasən, "Neftçi" heyətindəki futbolçulara 18 milyon 287 min 111 manat, "Qarabağ" isə 13 milyon 878 min 800 manat məvacib ödəyib. Bakı klubunun Ağdam təmsilçisindən daha çox vəsait xərcləyərək, heç bir ciddi uğur əldə edə bilməməsi ciddi tənqidlərə səbəb olub.

İdman       Tarix: 18 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır. xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Mige

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisini

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun sou xeberler hava durumu sonxabar