"Neftçi"yə baş məşqçi təyin olundu
"Neftçi"də yeni baş məşqçi təyinatı rəsmiləşib.
KONKRET.azxəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar"ı rumıniyalı Adrian Mutu çalışdıracaq. Bu, "Neftçi"nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəflə mütəxəssisin görüşündə rəsmiləşib. Tədbirdə klubun hazırkı durumu, qarşıya qoyulan hədəflər və gözləntilər müzakirə olunub, ardınca Mutu ilə iki illik müqavilə imzalanıb.
Yeni baş məşqçinin ictimaiyyətə təqdimatı klub rəhbərliyi və komanda üzvləri təlim-məşq toplanışından qayıdandan sonra baş tutacaq. Bununla bağlı xüsusi mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, ötən mövsüm "Neftçi"ni digər rumıniyalı – Laurentsiu Regekampf çalışdırıb. Onu əvəzləyən 44 yaşlı mütəxəssis karyerası ərzində Voluntari" (2018), "Əl Vəhdə" U-21 (BƏƏ, 2018-2019), Rumıniya U-21 milli komandası (2020-2021), "Universitatya" (Krayova, 2021) və "Rapid"in (2022-2023) baş məşqçisi olub. O, futbolçu kimi İtaliyada "İnter", "Verona", "Parma", "Yuventus", "Fiorentina", "Çezena", İngiltərədə "Çelsi", Fransada "Ayaçço" və Hindistanda "Puna Siti" klublarında legioner həyatı yaşayıb, Rumıniya millisində 77 oyunda 35 qol vurub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi