Neftlə bağlı narahatlıq yaradan məqam: Dəyişiklik olacaq?

Neftlə bağlı narahatlıq yaradan məqam: Dəyişiklik olacaq?Son günlər dünya siyasətində baş verən gərginliklər neft bazarına da təsirsiz ötüşmür. İsrailin Qətərin paytaxtı Dohaya hücumu, Rusiyanın Polşa hava məkanına müdaxiləsi və sair kimi hadisələr enerji bazarında qeyri-müəyyənliyi artırıb. Bildirilir ki, belə gərginliklər neftin qiymətində dalğalanmalara səbəb ola bilər.
Vəziyyət necə olacaq? Azərbaycan neftini nələr gözləyir?
KONKRET.az xəbər verir ki, globalinfo-a danışan iqtisadçı Fuad İbrahimov xatırladıb ki, İran və İsrail arasındakı 12 günlük münaqişə zamanı Hörmüz boğazının bağlanması ehtimalı da gündəmə gəlmişdi:
"Bu boğaz, xüsusilə neft və qazın daşınmasında strateji əhəmiyyətə malikdir. Lakin buna baxmayaraq, dünya bazarları bu xəbərə impulsiv reaksiya vermədi. Neft qiymətləri müəyyən dəhliz daxilində üfüqi dalğalanma ilə stabilliyini qorudu. Bundan əvvəl Rusiya-Ukrayna müharibəsi zamanı da bənzər vəziyyət müşahidə olundu. Müharibənin qlobal enerji bazarına potensial təsirinə baxmayaraq, neft qiymətlərində ciddi təlatüm baş vermədi. Burada tarixi kontekstə diqqət yetirmək lazımdır. Xüsusilə pandemiya dövründə və ondan bir qədər əvvəl OPEC və OPEC+ formatında neft hasil edən ölkələrin apardığı danışıqlar nəticəsində hasilat müəyyən çərçivəyə salındı. Həmin dövrdə neft qiymətləri tarixdə görünməmiş səviyyəyə düşmüşdü. Məsələn, ABŞ-da "West Texas Intermediate" markalı neftin qiyməti müəyyən bir mərhələdə birjalarda mənfi həddə qədər geriləmişdi. Bu durum sonradan tənzimləndi və OPEC+ çərçivəsində hasilat siyasətləri yenidən koordinasiya olundu".
İqtisadçı qeyd edib ki, Polşa və ya Dohada baş verən hadisələrin neft qiymətlərinə ciddi, davamlı təsir göstərməsi ehtimalı azdır:
"Belə siyasi proseslər yalnız qısa müddətli və impulsiv qiymət dalğalanmalarına səbəb ola bilər. Çünki bu kimi informasiyaların özü birbaşa olaraq təklif və tələbat balansını pozacaq gücə malik deyil. Nəzərə almaq lazımdır ki, bazarda spekulyativ amillər də mövcuddur. Yəni müəyyən bir hadisə və ya məlumat əsasında bazarda gözlənti formalaşır, lakin nəticə bununla üst-üstə düşmür. Məsələn, dünya üzrə neft hasilatı dayanarsa, məntiqə görə qiymətlər bahalaşmalıdır. Amma bazarda gözlənilənin əksinə, qiymətlər ucuzlaşa bilər. Bu, spekulyativ alətlərin və bazar iştirakçılarının psixoloji davranışlarının təsirindən irəli gəlir.
Hər hansı münaqişənin, xüsusən də enerji daşıyıcılarının daşınmasına təsir edə biləcək hadisələrin qiymət artımına səbəb olması gözləniləndir. Ancaq tarixi təcrübə göstərir ki, bu kimi hadisələr artıq bazarlar tərəfindən əvvəlcədən qiymətləndirilir və çox vaxt ciddi dəyişikliklərə səbəb olmur. Məsələn, Doha Fars Körfəzi regionunda yerləşdiyi və mühüm karbohidrogen ehtiyatlarına malik olduğu üçün nəzəri olaraq qiymətə təsir edə bilər. Amma real vəziyyət və təcrübələr bu təsirin məhdud olacağını göstərir".

Sosial       Tarix: 13 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler hava haqqinda ən son xəbər beynelxalq bank mezenne