Nənəsinin məmurlar tərəfindən döyüldüyünü dedi – HƏBS OLUNDU
Tacikistanda nənəsinin məmurlar tərəfindən döyülməsi haqqında danışan şəxs ekstremizmdə ittiham edilərək həbs edilib.
KONKRET.azxəbər verir ki, Tacikistanın Vəxdat şəhəri yaxınlığında yerləşən Odili kənd sakini rezonans doğuran videodan sonra ekstremist fəaliyyətə çağırış ittihamı ilə həbs edilib. Şahboz Şərifbek təhlükəsizlik qüvvələrinin qardaşını zorla əsgərliyə apardığını, 82 yaşlı nənəsinin döyüldüyünü anlatdığı video çəkib. Bu barədə "Ozodi" ("Azadlıq" radiosunun Tacikistan bürosu hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Hadisə oktyabrın 15-də hökumət məmurları Şərifbekin ailəsinin evinə gələndə qardaşlardan birini hərbi komissarlığa aparan zaman başlayıb. Eyni zamanda, yaxınlarının dediyinə görə, oğlan çağırış vərəqəsi almayıb.
Şahboz ailəsinin çətin şəraitdə yaşadığını əks etdirən videoda qardaşı Sodikconu nahaq yerə hərbi komissarlığa aparıldığını vurğulayıb, həmçinin nənəsini döyən məmurların kobud hərəkətlərindən şikayətlənib.
Videoda tacikistanlı yaşlı qadının başının bir neçə yeri cırılmış şərfini yaxından çəkib. Şərifbek respublika prezidenti Emoməli Rəhmonu yerli hakimiyyət orqanlarının qanunsuzluqlarına əhəmiyyət vermədiyinə görə qınayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi