Nəqliyyat ekspertindən VACİB AÇIQLAMA: Bu halda həbs oluna bilərsiniz

Nəqliyyat ekspertindən VACİB AÇIQLAMA: Bu halda həbs oluna bilərsinizBir müddət əvvəl "Yol hərəkəti haqqında" qanunun 30-cu maddəsinə (Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi) dəyişiklik təklif olunub.
Dəyişikliklə qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri "İcbari sığortalar haqqında" qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu qayda ilə müvafiq icra sığorta müqaviləsinin mövcudluğu "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.
Qanuna təklif edilən dəyişiklikdə oxucular üçün qaranlıq qalan bəzi fikirlər var. Qaranlıq qalan məqama aydınlıq gətirmək üçün mövzunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov ilə şərh etdik.
Ekspert Oxu.Az-a açıqlamasında bildirib ki, sərnişindaşıma ilə məşğul olanlar mütləq qaydada xüsusi sığorta həyata keçirməlidirlər:
"Bu günə qədər sərnişindaşıma fəaliyyətində sərnişinlərin sığortası həyata keçirilmirdi. Yalnız sərnişindaşıyan nəqliyyat vasitəsinin sığortası edilirdi. Qəza zamanı təxminən 50 min manata qədər ziyan zamanı sığorta şirkəti xərcləri qarşılayırdı. Bu günə qədər sərnişindaşımada qəza olan zaman ümumi məbləğ sərnişinlərə də bölünürdüsə, bundan sonra sərnişinlərin hər birinin sığortası məcburi olacaq. Yəni sərnişindaşıma vasitəsilə ilə yanaşı, sərnişinlər də sığorta olunacaqlar və sabah sərnişindaşımada qəza zamanı xəsarət, ölüm halları olarsa, sürücülərlə yanaşı, sərnişinlərə də sığorta ödənişləri həyata keçirilərək".
Ekspert mülki məsuliyyətlə bağlı məqama da aydınlıq gətirib:
"Mən avtomobilimi hər hansı sığorta şirkətində sığortalamışam. Mənim səhvim ucbatından qəza baş verirsə, qarşı tərəfə mənim səhvimdən dolayı zərər dəyibsə, həmin sığorta şirkəti qarşı tərəfin xərclərini qarşılayırdı. Lakin indi dəyişikliklərə əsasən, avtomobilini sığorta etdirən şəxs istər öz, istərsə də qarşı tərəfin səhvi ucbatından qəza törədibsə, sığorta onun özünün xərclərini ödəyir. Qarşı tərəfin xərclərini isə öz sığortası qarşılayacaq.
Hazırda nəqliyyat vasitələrinin sığortası məcburi olduğu üçün nadir hallarda ola bilər ki, qəza zamanı nəqliyyat vasitəsinin sığortası olmasın. Avtomobilinin sığortası olmayan nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnirlər. Sığortası olmayan sürücü qəza törədib ödəniş etmirsə, o, nəinki İXM-nin müvafiq maddəsi ilə, hətta qarşıdakı şəxsin əmlakına, sağlamlığına vurduğu zərərə görə CM-nin müvafiq maddələri ilə də məsuliyyətə cəlb edilə bilər".
"Bəzi sürücülər hələ də köhnə miflərlə yaşayırlar. Düşünürlər ki, qəza olacaq, deyəcəm, sığortam yoxdur, məhkəməyə verəcəklər, ayda 10-20 manat ödəyəcəm. Belə şeylər keçmişdə qaldı. Qarşı tərəfə vurduğunuz ziyana görə sizdən elə bir məbləğ tələb oluna bilər ki, hətta siz həbs edilə bilərsiniz. Nəqliyyat vasitəsi idarə edən şəxslər yol hərəkəti qaydalarına əməl etməlidirlər, digər hərəkət iştirakçılarına maneələr yaratmamalıdırlar", - deyə ekspert sonda qeyd edib.  

Sosial       Tarix: 23 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri xeberler azerbaycan kriminal xeberler bu gunun xeberleri