Nəvəsi İbrahim Tatlısesi məhkəməyə verir
Türkiyəli məşhur sənətçi İbrahim Tatlıses yenidən ailə qalmaqalı ilə gündəmə gəlib. Bu dəfə sənətçinin nəvəsi Baran Tatlıses hüquqi müstəvidə addım atmağa hazırlaşdığını açıqlayıb.
azxeber.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, Tatlıses ailəsində gərginlik son günlər daha da böyüyüb. Tərəflər arasında uzun müddətdir davam edən narazılıq artıq məhkəmə mərhələsinə keçib.
Müğənninin nəvəsi Baran Tatlıses miras üzündən babası tərəfindən təhdid olunduğunu bildirib. "Məsələ getdikcə böyüyür. Babam olan adam məni anam və bacımla təhdid edir. Onunla məhkəmə salonlarında danışacağıq", - nəvə Tatlıses belə deyib.
Xatırladaq ki, Tatlıses ailəsində daha əvvəl də bir neçə hüquqi qarşıdurma yaşanıb.
Müğənninin həm övladları, həm də nəvələri ilə bağlı məhkəmə işləri və qarşılıqlı ittihamlar Türkiyə mediasında geniş müzakirə olunmuşdu.

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub