Neymar Robinyonun oğlunu vurdu
Braziliyanın "Santos" klubunun məşqi zamanı gözlənilməz qalmaqal baş verib.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Neymar Braziliya yığmasının keçmiş oyunçusu Robinyonun 18 yaşlı oğlunun üzünə zərbə endirib.
Gərginliyə gənc futbolçunun meydanda Neymarı driblinqlə aldatması səbəb olub. Təcrübəli hücumçu bu hərəkəti özünə qarşı hörmətsizlik kimi qəbul edərək sərt reaksiya verib.
Nəşrin məlumatına görə, həmin məşq "Palmeyras"la matçın iştirak ərizəsinə daxil edilməyən futbolçular üçün keçirilib. Neymar gənc rəqibindən "daha sakit oynamağı" xahiş etdikdən sonra tərəflər arasında mübahisə yaranıb və bu, qısa müddətdə əlbəyaxa davaya çevrilib. Veteran futbolçu badalaq gələrək 18 yaşlı oyunçunun yerə yıxılmasına səbəb olub. Zərərçəkmiş tərəf hadisə ilə bağlı dərhal kluba şikayət edib. Münaqişə yalnız Neymarın gənc futbolçudan üzr istəməsindən sonra həllini tapıb.
Xatırladaq ki, "Santos"un formasını geyinən Neymar 2025-ci ilin sonunda sol dizinin meniskindən zədə alaraq mövsümü başa vurmalı olmuşdu. 2026-cı ilin əvvəlində isə braziliyalı oyunçu bud və dizaltı vətər problemləri də daxil olmaqla, zədələrinin təkrarlanması ilə üzləşib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA