Nigar: 'Övladımı heç bir kişiyə, pula, ərə dəyişmərəm

Nigar: 'Övladımı heç bir kişiyə, pula, ərə dəyişmərəm"Sosial verilişlərdə müzakirə edilən ana-övlad mövzuları çox üzücüdür. Övlad və ana həyatımızdakı əvəzolunmaz varlıqlardır. Ər tapılar, ev tapılar amma ana bir dənədir, övlad da".
Bu sözləri əməkdar artist Nigar Şabanova azxeber.com-a açıqlamasında deyib.
İllərlə ana olmaq arzusu ilə yaşayan qadınların nələr çəkdiyini yaxşı bildiyini vurğulayan əməkdar artist, övladını atıb gedən qadınları sərt tənqid edib:
"Bir övlada sahib olmaq üçün illərlə gözünü kor edənlər var. Hardasa gəzəndə hamilə qadın görəndə mənim kimi gözünün yaşını axıdan, amma dua da edən o qədər qadınlar var ki? Necə ər üçün, keyf üçün övladınızı atıb gedə bilirsiniz? Bu gün kanallarımızda olan bu mövzular çox acınacaqlıdır. Allah analığı hər insana nəsib eləmir, ana olan şəxs onun dəyərini bilməlidir. Bəzi qadınlar var, Allah onlara övlad verir, sınaq kimi. Deyir bəlkə yolunu dəyişər, imanını dəyişər. Amma yox, o qadın uşağı aparır  atır uşaq evinə, eyş-işrət yaşayır. Nə vaxt ki, qocalır, xəstələnir, əldən düşür, heç kimə lazım olmayanda övlad axtarır ki, sabah öləndə ortada qalmasın".
Müğənni övlad mövzusunun onunu üçün toxunulmaz olduğunu da deyib:
"Bətnində necə böyüdüyünü hiss etdiyin bir canı, necə qoyub getmək olar? Ər, pul, sevgili üçün bunu etməyə dəyməz. Heç bir kişi üçün qız uşağımdan vaz keçmərəm. Uşağa yemək verdinsə, bu baxmaq deyil. Bu sənin borcundur. Dünyaya gətirmisənsə baxmalısan. Sən ac yatmalısan amma o tox olmalıdır. Amma sevgi verməlisən. Uşaq evdə nəyisə qıranda bəzən elə olur ki, az qalırlar uşağı öldürsünlər. Allah Nəfisənin canını sağ eləsin, kaş ki, Allah mənə cüt-cüt övladlar verəydi, onlar nə istəsələr sındıraydılar. Nəfisə də sındırıb, üzünə baxıb gülmüşəm ki, stress yaşamasın. Demişəm yaxşı eləmisən. Çünki onun bir damla göz yaşı Allaha gələcəkdə hesab verməkdir. Övladınızı qurban etməyin. Onun üçün dağılan ailələr var, canına qıyan qadınlar var, bunlar reallıqdır. Evdə damın altında təkliyinə sığınıb ürəyi partlayan qadınlar var. Mənim üçün dünyada anam və atamdan sonra ən dəyərli şey övladımdır. Onların bir teli üçün çox şeyləri qurban eləmişəm, bundan sonra da edəcəyəm".
Aysel Hacızadə

Şou Biznes       Tarix: 08 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal hava haqqinda kriminal xeberler son xabarlar