Nikol Paşinyan Berlin görüşünə ölkəsinin razılıq verməsinin səbəbindən danışıb

Nikol Paşinyan Berlin görüşünə ölkəsinin razılıq verməsinin səbəbindən danışıbRəsmi İrəvan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşməsinə hansı səbəbdən razılıq verməsinə aydınlıq gətirilib.
KONKRET.azerməni mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan bu barədə Milli Assambleyada keçirilən hökumət iclasında danışıb.
O, bunu Almaniyanın Qranadada keçirilən dördtərəfli görüşün iştirakçısı və 3 mühüm prinsipi imzalaması ilə izah edib. Qeyd edib ki, həmin prinsiplərə Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması, Alma-Ata Bəyannaməsinin delimitasiya prosesinin əsasını təşkil etməsi və regional kommunikasiyaların ölkələrin suverenliyi, yurisdiksiyası, bərabərliyi prinsiplərinə uyğun fəaliyyət göstərməsi daxildir.
"Berlində başqa digər siyasi kontent müzakirə edilə bilməzdi. Məhz buna görə biz orada müzakirənin keçirilməsinə razılıq verdik", – deyə N.Paşinyan əlavə edib.
O, nəzərə çatdırıb ki, hansısa vasitəçi prosesi bu çərçivədən kənara çıxarmağa cəhd etsə, bu, Ermənistan üçün qəbuledilməz olacaq. Çünki bu, sülhə nail olmaq üçün deyil, sülh memarlığını məhv etmək üçün vasitəçilik demək olacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 14 fevral 2024-cü il tarixli andişmə mərasimində bildirmidi ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesi beynəlxalq gündəmdən düşməlidir. Çünki bu məsələdə bizə vasitəçi lazım deyil.
"Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək".
Dövlət başçımız bu mövqeyini Münxen Təhlükəsizlik Konfransında da nümayiş etdirdi. Kansler Olaf Şoltsun təşəbbüsü ilə baş tutan ikitərəfli görüşdə yalnız Azərbaycan və Ermənistan rəhbərləri iştirak ediblər.
Xatirə SADİQ.
KONKRET.az

Siyasi       Tarix: 01 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:


son xeberler yeni xeberler azerbaycan xeberleri cebheden xeber valyuta məzənnələri son xeberler bugun 2026 canli cəbhədən xəbər