Nikol: Zəngəzuru verməsək, Bakının cavabı bu olacaq
Hökumətlər ölkə üçün dinc inkişaf dövrünü təmin etməlidir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan parlamentdə çıxışında deyib.
"Xalqımız üçün vacib olan şey dinc inkişaf erasını açmaqdır. Biz bu yolla getməliyik. Amma həm də bizdən asılı olmayan illüziyalara qapılmağa da dəyməz. Xalq bilməlidir ki, onu hara aparmaq istəyirik. Bu gün bu imkanı görürəm. Sadəcə siyasi iradə göstərmək və "sağlıqlardan" həll olunmamış qalan məsələlərin həllinə keçmək lazımdır. Bəli, biz Qarabağ məsələsinin həllinə getməliyik", - Paşinyan bildirib.
Onun sözlərinə görə, bu gün beynəlxalq güclər qeyd edir ki, problem həll olunmayıb. Hansı prinsiplər əsasında həll olunmalıdır, bunu müzakirə etmək lazımdır:
"Azərbaycan ərazisindən keçmək istəyirik (Laçın dəhlizi nəzərdə tutulur – red.) və o, (Azərbaycan) bizim ərazidən keçməsin (Zəngəzur dəhlisi nəzərdə tutulur – red.)? Bunu necə təsəvvür edə bilirik? Başqa cür də ola bilər: onlar da keçməyəcək, biz də. Bu onu göstərəcək ki, özümüz öz ölkəmizi blokadaya almaq siyasətini aparırıq. Belə olmaz, həllə getmək lazımdır".
Paşinyan hökumətin heç vaxt xalqa qarşı hər hansı sui-qəsd planlaşdırmadığını da qeyd edib. /publika.az
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək