"Nikosayağı"nın işi ilə bağlı yeni xəbər - Ailəsi ilə barışıq olsa

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.
Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ittiham olunan bloqerin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu maddə ilə ittiham olunan şəxslərin əməli sübuta yetirilərsə, onları beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.
Xatırladaq ki, avqustun 15-də sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bloqerin işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmə səbəblərini açıqlayıb.
T.Abdullazdənin sözlərinə görə, cəza müddəti 12 ildən yuxarı olmayan əməllər ağır cinayətlər hesab olunur:
"Cinayət Məcəlləsinin 15.4 maddəsinə əsasən cinayətin bu məcəllə ilə qəsdən və ehiyatsızlıqdan törədilməsinə görə, azadlıqdan məhrumetmə cəzasının müddəti 12 ildən yuxarı deyilsə, ağır cinayətlər hesab olunur".
Hüquqşünas Nicat Şakirlinin cəzasının yüngülləşdirilə biləcəyini əlavə edib:
"Elə hallar ola bilər ki, cəzanı yüngülləşdirə bilər. Zərərçəkmiş şəxs və ya hüquqi varisi ilə barışıq əldə olunması, dəymiş ziyanının könüllü ödənilməsi, aradan qaldırılması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, azaldılması cəzanı yüngülləşdirən haldır.
Zərərçəkmiş şəxs həyatda olmadığı üçün Nicat Şakirli ailəsi ilə barışıq əldə etsə, dəymiş ziyanı ödəsə və bu istiqamətdə müsbət addım atılsa, cəzasını yüngülləşdirə bilər. Şəxsin özünün xəsarət alması, qolunu itirməsi, qəzanın ehtiyatsızlıqdan baş verməsi kimi məsələlərə də hakimlər tərəfindən hüquqi qiymət veriləcək. Cəza təyin olunan zaman nəzərə alınacaq. Əgər Nicat Şakirli istəyirsə, cəzası yüngülləşsin, o vəfat etmiş şəxsin qohumu ilə barışıq əldə etməli və ziyanı ödəməlidir.
Bu kimi halları nəzərə alıb, məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) rəhbər tutmaqla bu məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edə bilər. Nicata 5 ildən aşağı cəza verilsə, o ümumi rejimli cəzaçəkmə müəssisəsində yox, öz cəzasını məntəqə tiplidə cəzaçəkmədə cəzasını çəkə bilər". / azxeber.com

Sosial       Tarix: 28 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberleri bugun xeberler en sonxeber son xeber 2026