Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?

Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?
Kulis.az ötən gün dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi, Televiziya prodüseri və rejissoru Oqtay Əliyev haqqında maraqlı faktları təqdim edir.
Əliyev Oqtay Vidadi oğlu 19 iyun 1968-ci ildə İrəvan şəhərində doğulub. 1975-1985-ci illərdə İrəvan şəhəri M. F. Axundov adına orta məktəbdə oxuyub.
İrəvandan Azərbaycana deportasiya olunduqdan sonra Oqtay ailəsi ilə birgə Bakıya köçür. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və Dram Rejissoru fakültəsində təhsil alır.
Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?Oqtay Əliyev 90-cı illərdə başlanan milli hərəkatın iştirakçılarından olub. Müsahibələrinin birində bu haqda deyir:
"O vaxtı Azərbaycan bayrağını fəxrlə əlimdə gəzdirirdim. İllərlə ən böyük arzum Azərbaycan bayrağı olan döş nişanını sinəmdə gəzdirmək idi. Amma təəssüf ki, tapa bilmirdim. İndi mənim qızlarım bayrağımızı eyvandan, avtomobildən asırlar. Sevindirici haldır".
Oqtay Əliyev erməni dilini çox mükəmməl bilib. Bu baxımdan erməni mətbuatını və mediasını yaxından izləyib, orada baş verən hadisələrdən xəbərdar olub.
Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?Özünü həmişə qaçqın kimi hesab edən Oqtay bəy müsahibələrinin birində bu haqda deyir:
"Mən həmişə qaçqınam. Öz torpağıma qayıtmayana qədər, özümü qaçqın kimi hiss edəcəyəm. İrəvan mənim babalarımın şəhəridir. Mən indi də ora getsəm, gözüyumulu evimizi taparam, hər yeri tanıyaram. Ora gedə bilməmək məni yandırır. Bizim ev şəhərin mərkəzindəydi. İndi Rusiya kanallarında İrəvanın mərkəzini göstərəndə, öz evimizi görürəm. Görürəm, pis oluram ki, evimizə gedə bilmirəm. Ağrı dağın fonunda son dəfə şəhərin şəklini çəkmişdim. O şəkildə bizim evimiz də var. Həmin fotonu evimdə saxlayıram, telefonumda da gəzdirirəm. Bir dəfə bir erməni ilə yazışırdıq. Mənə dedi ki, siz İrəvan, Zəngəzur deməklə o torpaqlar sizin olmur. Onda mən ona dedim ki, bax, mən irəvanlıyam, İrəvan xanının nəslindənəm. Sən mənə İrəvanda bir dənə qədim erməni abidəsi göstər və yaxud da tarixi bir məkan göstər, mən deyim ki, sən orda yaşayıbsan. Mən çox istəyirəm ki, İrəvana yenidən qayıdaq. Hər bir irəvanlı üçün bu həyati məsələdir".
Oqtay Əliyev 1993-cü ildə Azərbaycan televiziyasında "Virtuoz" adlı layihənin prodüseri olub.
Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?1990-cı ildə "Ər və arvad", "Molla Nəsirəddin və Əzrayıl", "Gəlin, açıq danışaq, lap açıq", "Əkizlərin nağılı" pyeslərinin və bir sıra əlamətdar bayramların quruluşçu rejissoru olub, ssenarilərini yazıb. "Korifey", "Həftə çal-çağırı", "İşdən sonra", "Yeni ulduz" layihələrinin müəllifi və baş prodüseri olub.
O, 23 yaşında aktrisa Dilarə Əliyeva ilə ailə həyatı qurub. Dilarə Əliyeva Oqtayla tanış olmazdan əvvəl onu yuxuda görür. Belə ki, qruplarında oxuyan bir qızın nişan konfetini balışının altına qoyub yatan Dilarə gecə yuxuda Oqtayı görür. Səhər durub bacısına deyir ki, yuxuda kök, saqqallı bir oğlan görmüşəm. Bir neçə aydan sonra isə Oqtay Dilarəni yaxın dostlarının məsləhəti ilə filmə çəkmək istəyir. Oqtayla ilk dəfə rastlaşan Dilarə ona deyir ki, mən səni yuxumda görmüşəm. Bir il sonra isə onlar ailə qururlar. Cütlüyün Aytən və Banu adlı qızları dünyaya gəlir.
Oqtay Əliyev 1998-ci il oktyabr ayının 5-də "SOY" production şirkətinin təsisçisi və prezidenti olub. "Ən yaxşı ssenariyə görə" I Audiovizual festival, Bakı- 2001, "Ən yaxşı animasiya işinə görə" III Beynəlxalq Audiovizual festival Bakı - 2003 mükafatlarını qazanıb.
Nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı - Oqtay Əliyevin ən böyük arzusu nə idi?Müsahibələrinin birində Dilarə Əliyeva həyat yoldaşı haqqında deyir:
"Nə qədər güclü görünsəm də, özünə əmin görünsəm də, mən həyatımı Oqtay olmadan, Oqtaysız təsəvvür edə bilmirəm. Mənim gücümün arxasında Oqtay dayanıb. Onun varlığı mənə meydan verib. Oqtay mənim cekpotumdur".
Oqtay Əliyevin adı müəyyən dövrlərdə Kərim Abbasovla qalmaqalda hallanıb. O, hətta Kərim Abbasovu məhkəməyə verərək ondan 200 min manat təzminat da tələb edib.
Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev 22 mart 2023-cü ildə idarə etdiyi avtomobildə qəza keçirərək 54 yaşında həyatını itirib. / oxu.az

Şou Biznes       Tarix: 24 mart 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber cəbhədən video krimnal xeber butun xeberler