Nisə Qasımova Ceyran Haşımovanın səsləndirdiyi fikirləri cavabsız qoydu
Nisə Qasımova Ceyran Haşımovanın səsləndirdiyi fikirləri cavabsız qoydu
Xalq artisti Nisə Qasımova Xalq artisti, tarzən Ceyran Haşımovanın onun haqqında söylədiyi fikirlərə münasibət bildirməyib.
Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı Xalq artisti Nisə Qasımova ilə əlaqə yaratmağa çalışıb.
Nisə Qasımovanın köməkçisi hazırda heç bir suala cavab vermədiklərini bildirib:
"Nisə xanım hazırda müsaid deyil. Biz hazırda heç bir suala cavab verə bilmərik. Qeyd etdiyiniz məsələ ilə bağlı suallara da cavab vermirik".
Xatırladaq ki, ötən günlərdə Xalq artisti Ceyran Haşımova verilişlərin birində Xalq artisti Nisə Qasımovadan şikayətlənib. Vaxtı ilə ona çox köməklik etdiyini vurğulayıb. Lakin indi Nisə Qasımovanın zəng vurub, onunla maraqlanmadığını bildirib. Ona haqqını halal etməyəcəyini dilə gətirib.
Qeyd edək ki, Nisə Qasımova 1982-ci il dekabrın 9-da Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunub. 1989-cu il sentyabrın 17-də "Azərbaycan SSR Əməkdar artisti", 2008-ci il sentyabrın 17-də "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarına layiq görülüb.
Tarzən Ceyran Haşımova 1985-ci ildə "Əmək veteranı" medalı ilə təltif olunub. 1987-ci ildə "Azərbaycan SSR Əməkdar artisti", 2006-cı ildə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarına layiq görülüb. 2003-cü ildə Prezident Təqaüdçüsü olub. 2004-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri" nişanla təltif olunub.
Nəzrin Vahid

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var