NK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb

NK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıbNK: İşğal altındakı ərazilərlə bağlı təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb
Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq işlər davam etdirilir.
Bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.
Beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, xarici şirkətlərin və digər qurumların internet səhifələrində yerləşdirilmiş xəritələrdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizlə əlaqədar təhrif halları aşkarlanıb, bu təşkilatlarla aparılmış iş nəticəsində təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb.
Görülmüş tədbirlər çərçivəsində müəyyən xəritələrdən işğal edilmiş ərazilərimizdə yaradılmış qanunsuz rejimə istinadlar çıxarılıb, Şuşa və Xankəndi başda olmaqla bir çox yaşayış məntəqələrimizin adlarının düzgün formada verilməsi təmin edilib.
Azərbaycan toponimlərinə düzgün istinad edilməsinin təşviqi və gələcəkdə baş verə biləcək təhrif hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı" təsdiq edilib.
Tədbirlər Planı çərçivəsində Nazirlər Kabinetinin rəhbərliyi ilə ölkəmizə aid coğrafi adların düzgün yazıldığı və beynəlxalq standartlara uyğun elektron xəritələrin (rəqəmsal, interaktiv və yüksək dəqiqlikli) hazırlanması, beynəlxalq platformalara inteqrasiya edilməsi məqsədilə alternativ platformanın (internet resurs) yaradılması, açıq kateqoriyalı milli məkan məlumatlarının formalaşdırılması siyasətinin hazırlanması, xəritə yaradan beynəlxalq təşkilatlarla davamlı əlaqələrin qurulması, müvafiq danışıqların aparılması, təqdim edilən coğrafi məlumatların beynəlxalq standartlara uyğunlaşdırılmaqla daima yenilənməsi, milli transliterasiya  standartı əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması, internet platformalarında yayılmış xəritələrdə təhrif hallarının aradan qaldırılması işinə gənclər təşkilatlarının və diaspora qurumlarının cəlb edilməsi və bir çox digər istiqamətlərdə intensiv iş aparılmaqdadır.
Görülmüş tədbirlər çərçivəsində internet platformalarında yayılmış xəritələrdə işğal altındakı ərazilərdə toponimlərimizin təhrif olunmasının qarşısının alınması, sosial şəbəkələrdə və internet platformalarında Azərbaycan həqiqətlərinin daha aktiv təbliğində gənclər və könüllülər təşkilatlarının, ali təhsil müəssisələrində və dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin rolunun gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə işçi qruplar formalaşdırılmış, təhrif halları ilə bağlı beynəlxalq platformalara şikayətlərin ünvanlanması, sosial şəbəkələrdə etiraz aksiyalarının təşkil edilməsi ilə bağlı mütəmadi tədbirlər görülməkdədir.
Aparılmış işlər nəticəsində xaricdəki diplomatik nümayəndəliklərimiz və diaspora təşkilatlarımız vasitəsilə xaricdə keçirilən tədbirlərdə Azərbaycan ərazilərini təhrif olunmuş formada təqdim edən xəritələrin və digər vəsaitlərin həmin tədbirlərdən yığışdırılması, məsələ ilə bağlı təşkilatçıların maarifləndirilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır.
Bundan əlavə GİS (Coğrafi informasiya sistemi) proqram təminatı əsasında inzibati rayonların sərhədləri, şəhərlərin, rayon mərkəzlərinin və digər yaşayış məntəqələrinin adları və sərhədləri, küçələrinin adları ilə bağlı məlumatları özündə əks etdirən müvafiq elektron baza yaradılıb. GİS formatında hazırlanmış məlumat bazasının özəl sektor nümayəndələrinin də cəlb edilməsilə açıq tipli məlumat formatına çevrilməsi istiqamətində tədbirlər davam etməkdədir.
Həmçinin, respublikanın bütün şəhər və rayonları üzrə 4 min 590 şəhər, rayon, qəsəbə, kənd və inzibati ərazi vahidlərinin adları ilkin variantda rus və ingilis dillərində hazırlanıb.
Eyni zamanda ölkəmizin ərazi bütövlüyü ilə bağlı yanlış məlumatları əks etdirən əyani vəsaitlərin (həmçinin kitab, dəftər, qlobus, jurnal, qəzet, broşura kimi kağız məlumat daşıyıcıları və elektron informasiya daşıyıcıları) respublika ərazisinə idxalına nəzarətin gücləndirilməsi və aşkarlanan halların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. /oxu.az

Siyasi       Tarix: 23 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət en son xeberleri en son xəbərlər bugün cəbhədən görüntüleri