Novak Cokoviç mövsümü 9,1 milyon dollar gəlirlə başa vurdu

Novak Cokoviç mövsümü 9,1 milyon dollar gəlirlə başa vurduPeşəkar Tennisçilər Assosiasiyası (ATP) kişi tennisçilərin cari mövsümdə qazandıqları mükafatların məbləğini açıqlayıb.
Publika.az xəbər verir ki, başa çatan mövsümdə 37 raketka ustasının illik qazancı bir milyon dollardan çox olub. ATP-nin reytinq cədvəlində olduğu kimi, bu siyahıya da serbiyalı Novak Cokoviç başçılıq edir. Dünyanın bir nömrəli raketka ustasının illik qazancı 9,1 milyon dollardır. Onun karyerası ərzində qazandığı mükafatların ümumi məbləği isə 154,8 milyon dollara çatıb.
N.Cokoviçdən sonrakı yeri reytinq cədvəlində də ikinci olan rusiyalı Daniil Medvedev tutub. Onun illik qazancı 7,5 dollar təşkil edib. Siyahıda ilk üçlüyü bu günlərdə Turində başa çatan ilin yekun turnirinin qalibi adını qazanan almaniyalı Aleksandr Zverev tamamlayır. Dünyanın 3 nömrəli raketka ustası cari mövsümü 6,4 milyon dollarla başa vurub.
İllik gəlirlərinin məbləğinə görə "Top-10"da digər yerləri Stefanos Tsitsipas (3,6 milyon), Andrey Rublev (3,3), Matteo Berrettini (3,2), Kemeron Norri (2,6), Kasper Ruud (2,3), Xuber Xurkaç (2,3) və Yannik Sinner (2,2) tuturlar.

İdman       Tarix: 25 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag son xeber xeberler bu qun xeberler az