Növbə kimindir? - Ermənilər təşviş içindədir

Növbə kimindir? - Ermənilər təşviş içindədirİndi Qarabağ ermənilərini bir sual düşündürür: növbə kimindir? Bu ritorik sual qarşısında onların hər biri az qala ağıllarını itirir. Laçın keçid-buraxılış məntəqəsində, yaxud Xankəndi küçələrində həbs olunmaq qorxusu I Qarabağ müharibəsində iştirak edən və əli azərbaycanlıların qanına bulaşan hər bir ermənidə ciddi təşviş yaradıb.
35 il əvvəl daha aqressiv olan Qarabağ erməniləri onlara verilən vədə inanırdılar. Ona da inanırdılar ki, yüz illər bir yerdə yaşadıqları qonşularını uşaqdan-böyüyə qətlə yetirməklə Qarabağın müstəqilliyinə nail olacaqlar. Beləcə, ömür boyu Azərbaycanın çörəyi ilə yaşayan toplum azərbaycanlılara qənim kəsilidi. Bu, həmin ermənilər idi ki, azərbaycanlılara aid bütün dəyərləri özününkü hesab edirdi. Hətta adlarımıza, soyadlarımıza qədər sahib çıxmışdılar. Azərbaycanlıları kütləvi qətlə yetirən bir qatilin ad və ata adına fikir verin. Vaqif Çərkəz oğlu. Təmiz azərbaycanlı adlarıdır və sadəcə bu adlar altında yaşayan düşməndir. O düşmənlər ki, qarşısına çıxan uşağa, qocaya, qadına rəhm etmədən işgəncə verib, gözünü qırpmadan vəhşicəsinə qətlə yetirib. Sonra da bunu digər ermənilərə danışmaqla özünü qəhrəman hesab edib.
Əslində, Qarabağdakı hər bir erməninin əli yüzlərlə azərbaycanlının qanına bulaşıb. Xocalı, Başlıbel, Ballıqaya, Qaradağlı, digər şəhər və kəndlərimizdə kütləvi qırğınlar törədən ermənilər nə vaxtsa ədalət məhkəməsi qarşısında cavab verəcəklərini ağıllarına belə gətirməmişdilər. Amma ilahi ədalət gec də olsa, özünü yetirir və günahsız insanlara rəhm etməyən qatillər ifşa edilir.
"Növbə kimindir?" sualı indi Qarabağın hər yerində səslənir. Tələsməsinlər, hər birinə növbə çatacaq! Elə bir növbə ki, o sıralamadan heç kəs yayına bilməyəcək!
İndi özlərini yazıq və məzlum kimi aparan ermənilər dünyada əzilən xalq imici formalaşdırmaq üçün vay-şüvən qoparır və yalan, iftira dolu bəyanatlarla dünya ictimaiyyətini çaşdırmaq istəyirlər. İndi bütün erməni mətbuatı bir terrorçunun həbsini siyasiləşdirmək üçün hər cür vasitəyə əl atır. Tək Meşəli kəndində 25 nəfərin qətlində iştirak edən bir qatilin cəzasının nədən ibarət olacağı heç kəsdə şübhə doğurmur. 1955-ci ildə Azərbaycanın Qarabağ regionunda anadan olan Vaqif Xaçatryan Azərbaycan Respublikasının qanunları ilə ittiham edilir. Ümid edirik ki, o, layiqli cəzasını alacaq. Bunu Ermənistanda da, Qarabağda da "növbə kimindir?" sualını bir-birilərinə verən adamlar da yaxşı bilir.
İndi erməni cəmiyyətində Vaqifdən "qəhrəman" imici yaratmağa cəhd edənlər onu günahsız "mələk" obrazında təqdim edir.
Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan özünün Facebook səhifəsində "qəhrəman" erməninin həbsinə üzüldüyünü və qatili ən azı 20 il və ya ömürlük həbs cəzasının gözlədiyini yazır.
Əli günahsız insanların qanına batan hər bir terrorçu Vaqif Xaçatryanın yanına gələcək.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 31 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari sou xeberler bu gunun xeberleri hava proqnozu