"Növbədə Ermənistanın süqutudur" - Tevanyan

Ermənistanda siyasi vəziyyət dəyişməz qalır. Hakimiyyətin tutduğu xətti sərt tənqid edən müxalifət Paşinyanı satqınlıqda ittiham edir. Parlamentdə təmsil olunan müxalif deputatlar ictimai rəyi çaşdırmaq üçün müxtəlif platformalardan istifadə edirlər. Onların daha çox müraciət etdiyi tribuna sosial şəbəkələrdir. Əsasən Facebookdan istifadə edən həmin qüvvələr revanşist çağırışları ilə diqqət çəkirlər. Parlamentdə "Ermənistan" blokunu təmsil edən Andranik Tevanyan tez-tez sosial şəbəkələr vasitəsilə hakimiyyət əleyhinə çıxışlar edir və Qarabağın əldən getməsində Paşinyanı günahlandırır. Növbəti dəfə özünün Facebook hesabında Ermənistanın Qarabağla bağlı siyasətini şərh edən deputat hakimiyyətin onları aldatdığını qeyd edib. Bildirib ki, hakimiyyət Ermənistanı xilas etmək üçün Qarabağdan imtina edib.
Qarabağı Azərbaycanın tərkibində tanıdığını deyən Paşinyanın ünvanına sərt ittihamlar səsləndirən Tevanyan daha sonra əlavə edib ki, guya Ermənistanda insanların əksəriyyəti Paşinyanın yürütdüyü siyasətlə razılaşmır və onun əlehinədir: "İndi insanlara başa salmağa çalışıram ki, növbədə Ermənistanın süqutudur", – deyə Tevanyan yazır.
Deputatlardan əlavə digər siyasətçilər də Ermənistan cəmiyyətində ruh düşkünlüyü yaratmaqla məşğuldur. Bunlardan biri də siyasi ekspert Boris Navasardyandır. Politoloq hesab edir ki, Brüsseldəki son görüşün nəticələri  Ermənistan üçün qəbuledilməzdir. Humanitar yüklərin Ağdamdan daşınacağına toxunan Navasardyan bundan sonra Qarabağ ermənilərinin reinteqrasiya prosesinin sürətlənəcəyini düşünür.
Erməni politoloqlardan geri qalmayan rusiyalı ekspertlər də məsələyə elə onlar kimi yanaşırlar. Mixail Aleksandrov Ermənistan mətbuatına müssahibəsində az qala erməni kimi danışıb. Azərbaycanı ittiham edən politoloq regionda erməniləri hüquqları pozulan xalq kimi xarakterizə edib.
Beləcə, öz havadarlarından xüsusi təlimat alan erməni siyasi ekspertlərin nə deyəcəyi əvvəlcədən məlumdur.
Amma unudurlar ki, regionda bütün məsələləri Azərbaycan diqtə edir.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 18 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri zelzele xeberler az sonxəbər