Nüfuzlu beynəlxalq platforma: Qlobal Bakı Forumu

Nüfuzlu beynəlxalq platforma: Qlobal Bakı ForumuSon illər dünya gündəmini təşkil edən mövzuların müzakirə olunduğu, mühüm beynəlxalq konfransların, qlobal forumların və bir sıra nüfuzlu tədbirlərinin keçirildiyi məkana çevrilən paytaxt Bakı bu günlərdə yenə də diqqət mərkəzində olmuşdur.
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu keçirildi. Forum  martın 11 tarixinə qədər davam etdi. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirlər, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər. Onu da qeyd edim ki, builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir - "Dünya bu gün: Çağırışlar və ümidlər". Bir sözlə, paytaxt  Bakının belə forumlara ev sahibliyi etməsi təqdirəlayiq bir haldır və dünya tərəfindən də olduqca müsbət qarşılanır.
Bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilmişdir.
Forumun əsas müzakirə mövzuları olan qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən, dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, iqlim, qida və nüvə təhlükəsizliyi, postpandemiya dövründə görüləcək işlər və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində iştirak etdi. Dövlətimizin başçısı açılış mərasimində çıxışında bir sıra mühüm məsələlərə toxundu. 
Azərbaycan lideri Qarabağ münaqişəsinin həllinin regionda sülhün və əmin-amanlığın bərqərar olması üçün yeni imkan və fürsətlər yaratdığını söylədi. Ölkəmizin münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən dövlət başçısı bu müharibə ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpasına yönəldiyini bir daha bildirdi.  
Prezident ATƏT-in Minsk qrupunun 28 il ərzində heç bir nəticə əldə etmədiyini və buna görə Azərbaycanın Qarabağ münaqişəsini həll etdikdən sonra artıq Minsk qrupuna ehtiyac qalmadığını dedi: "Lakin əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu hər hansı nəticəyə nail olmadı. Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər".
Cənab İlham Əliyev bu zamana qədər də dəfələrlə qeyd etmişdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır, amma Ermənistan işğal etdiyi torpaqlardan çıxmasa, biz məsələni hərbi yolla həll edəcəyik. Elə məhz bu cür də oldu. Birincisi, Ermənistan işğalçı siyasətini, təcavüzkar mövqeyini davam etdirdi, yeni təxribatlara əl atdı, bu gün də təxribatlara əl atmaqdadır. İkincisi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri qətiyyətli mövqe ortaya qoymadılar. Onların işğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərq qoymaması, qərəzli mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. 
Bir sözlə qeyd etmək istəyirəm ki, dövlət başçımız forumun açılışında söylədiyi dərin məzmunlu çıxışı zamanı bir daha region və dünya əhəmiyyətli məsələləri qabartdı, müasir qlobal çağırışlara və təhdidlərə geniş şəkildə toxundu.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli müzakirələr tribunasıdır. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın öz mövqeyini dünyaya çatdırması üçün uğurlu bir platforma rolunu oynayır.
Mehdi Mehdiyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri  / azxeber.com

Siyasi       Tarix: 13 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler cəbhədən son xəbərlər cəbhədən ən son xəbər bu gunun xeberleri