Nüfuzlu iş xanımlarının təqdimatında yeni layihə – "İşgüzar Klub" fəaliyyətə başladı

Nüfuzlu iş xanımlarının təqdimatında yeni layihə – Fevralın 23-də "Feyrmont" otelində "İşgüzar Klub"un (İK) təqdimat mərasimi keçirilib. Milli Məclisin deputatlarının, Dövlət qurumlarının nümayəndələrinin, iş adamlarının, mədəniyyət-incəsənət xadimlərinin və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açıq elan edən tanınmış teleaparıcı, əməkdar mədəniyyət işçisi Leyla Quliyeva klubun işgüzar xanımlar – "Vecon Centre" şirkətinin direktoru İradə Şükürovanın, "SOY production"ın rəhbəri, əməkdar artist Dilarə Əliyevanın və "ACA-DEMY" şirkətinin direktoru Samirə Quliyevanın təşəbbüsü və həmtəsisçiliyi ilə ərsəyə gəldiyini söyləyib.
Qonaqları salamlayan "İşgüzar Klub"un (İK) həmtəsisçisi Samirə Quliyeva şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verib. O qeyd edib ki, iş adamları arasında faydalı və qarşılıqlı təmasların artırılmasına nail olmaq, özəl və dövlət sektoru üçün peşəkar mütəxəssislər yetişdirmək, kadr bankı yaratmaq və klubda toplaşan biznes subyektlərinin kadr inzibatçılığının formalaşdırılmasında yaxından iştirak etmək kimi nəcib məramlarla təsis olunan "İşgüzar Klub" (İK) fəaliyyətini müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirəcək. Həmtəsisçi bildirib ki, aztəminatlı təbəqənin, şəhid və qazi ailələrinin, övladlarını təkbaşına böyüdən anaların və valideyn himayəsindən məhrum yeniyetmə və gənclərin məşğulluq probleminin həllinə nail olmağı hədəfləyən İK-in fəaliyyətinə aidiyyatı dövlət qurumları, eləcə də Dövlət Məşğulluq Agentliyi yüksək maraq göstərir.
Milli Məclisin deputatı Razi Nurullayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Ülvi Abasquliyev, Agentliyin Peşə hazırlığı departamentinin direktoru, "Yüksəliş" müsabiqəsinin qalibi Mehriban Nəzərova, dünyaca məşhur "Best Model of the World" yarışmasının Azərbaycan üzrə təsisçisi, tanınmış iş xanımı Ruhiyyə Əliyeva (Ruhi), "Vecon Consultıng" şirkətinin təsisçisi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc, "İşgüzar Klub"un (İK) həmtəsisçiləri – əməkdar artist Dilarə Əliyeva və İradə Şükürova çıxış edərək klubun gələcək fəaliyyət aspektləri ətrafında təəsüratlarını bölüşüblər.
"Şuşa-Xor" qrupu, xalq artisti Mehriban Zəki, əməkdar artistlər Aqşin Abdullayev və Fərid Əliyev öz məlahətli ifalarıyla tədbirdə çıxış ediblər. Klubun üzvləri – "Vecon Cunsultıng", "SOY production", "AGA Group", "Azərlegal Group", "AKA-DEMY" "Liatris" şirkətləri, "Craton Clinic" tibb mərkəzi, "Başkent" və "Prayf" restoranları "İşgüzar Klub" (İK) tərəfindən sertifikatla təltif olunub. "İşgüzar Klub"un (İK) İdarə Heyətinin sədri İradə Şükürova tədbirdə iştirak edən bütün iştirakçıların adına "İşgüzar Klub" (İK) tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda ağac tinglərinin əkildiyini və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alındığını diqqətə çatdırıb.
Tədbir şam yeməyi və musiqili-bədii hissə ilə davam etdirilib. / azxeber.com

Sosial       Tarix: 27 fevral 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler sonxeber az xeberler bugun 2026 xeber