Nura əsəbiləşdi: 'Niyə icazə almaq üçün qapı-qapı gəmzəliyəm?
Nura Suri "instagram" hesabının hekayə bölməsindən etdiyi paylaşımla gündəmə gəlib.
azxeber.com xəbər verir ki, müğənni klip çəkilişi etmək üçün bəyəndiyi məkanların çəkilişə icazə verməməsindən gileylənib.
Müğənni, sənət adamlarının bu səbəbdən çəkiliş üçün xarici ölkəyə üz tutmağa məcbur qaldığını deyib:
"Yaradıcı insanlar, rejissor, videograf, fotoqraflar əziyyət çəkirlər məkan baxımından. Gözəl kliplər, şəkilllər çəkmək üçün yetərincə gözəl məkanlarımız var, amma və lakin icazə məsələsi çox qəlizdir. Haradasa çəkiliş etmək üçün ya qiymətlər uçur, ya da icazə almaq üçün qapı-qapı gəzməli olurlar. Sonda da daha münasib amma konseptə qismən uyğun olan yerlərdə çəkməli olurlar. Nəinki dövlət müəssələri, həttə küçədə də çəkiliş etmək üçün haradansa icazə alınmalıdır. Hamı şikayət edir ki, bizdə bu qədər yaradıcı insanlar ola-ola niyə gedib Türkiyədə, Gürcüstanda, Ukraynada və s. klip çəkdirir məşhurlar? Bu yaradıcı insanlara şərait yaradılır ki, nəsə edə bilsinlər?
Daha sonra müğənni, bu məsələ ilə bağlı fotoqrafın narahatlığını da dilə gətirib:
"Hamı masanın üstünə şam düzüb klip çəkməli olur hansısa restoranda. Gözəl məkanlarımızı niyə çəkməyə icazə yoxdur? Ümumiyyətlə, bu icazə məsələləri hansı qanuna əsasən tənzimlənir? Raj Steven kimi fotoqraf niyə belə problemlə üzləşməlidir axı? Niyə dəyəri bilinmir belə sənətkarların? Əslində, deməyə çox söz var, amma o başqa vaxta qalsın. Dünən Rajın statusun görüb məyus olduğum üçün yazdım".
Qeyd edək ki, fotoqraf Raj Steven də çəkilişdə üzləşdiyi problemlərdən şikaət edib.
Aysel

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Günel Bədəlovaya yüksək vəzifə verildi
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi