Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Anasının dəfninə getməyib Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb.
O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasiminə qatılmaq istəmədiyini bildirib.
"Dəfnə gedə bilmədim. İstəmirdim", – o qeyd edib.
Şoumen uşaqlıqdan bu günə qədər yaşananların onda dərin iz buraxdığını və anası ilə münasibətlərinə təsir etdiyini söyləyib. Bununla belə, o, oğul kimi üzərinə düşən məsuliyyətləri yerinə yetirdiyini vurğulayıb.
Mehmet Ali Erbilin sözlərinə görə, o, anasına maddi dəstək göstərib, həmçinin münasibətlərinin yaxşı olmadığı ögey atasının təqaüd almasını təmin edib.
Anasını bağışlayıb-bağışlamadığı barədə suala cavab verən şoumen, "Əlbəttə ki, anamı bağışladım. Bunun üçün heç bir səbəb yoxdur", – deyə qeyd edib. O, keçmişdə yaşananların onda peşmanlıq hissi yaratdığını da bildirib.
Qeyd edək ki, Yurdagül Ekenin dəfn mərasimində qızı Öngül Eken qardaşı Mehmet Ali Erbilin səhhətindəki problemlər səbəbindən mərasimdə iştirak edə bilməyəcəyini bildirmişdi. Lakin Mehmet Ali Erbil həmin gün "TikTok"da canlı yayım açaraq yüz minlərlə türk lirəsi dəyərində hədiyyələr toplamışdı.
///qafqazinfo/// / azxeber.com

Şou Biznes       Tarix: 15 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

62 yaşlı Monika Belluccinin sirri: hər gün 5 dəfə yeyir

Makaron, tort, üzgüçülük və porsiya nəzarəti. 62 yaşlı aktrisa Monika Bellucci formada qalmaq üçün tətbiq etdiyi qaydaları açıqlayıb. Dünya şöhrətli italiyalı aktrisa yaşına baxmayaraq, formada görünüşünü qoruyur. O formad

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Röya Ayxandan yeni ekran həyəcanı: "Baldır Yar

Xalq artisti Röya Ayxan yeni layihəsi "Baldır Yar"ı təqdim edib. xəbər verir ki, mahnının musiqisi İsmail Zadəyə, sözləri Həmid Məmmədliyə, aranjimanı isə Vüsal Həsənova məxsusdur. Murad Hüseynovun rejissorluğ

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər novruz bayramı sonxeber en sonxeber